ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir və “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimat mərasimi keçirilmişdir

10.10.2018

10 oktyabr 2018-ci il tarixində Almaniyanın Frankfurt şəhərində təşkil edilən Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimat mərasimi keçirilmişdir. Üç dildə nəşr edilən bu kitab dahi bəstəkarın həyat və yaradıcılığı haqqında, eləcə də onun dünyaca məşhur əsərləri haqqında materialı əks etdirir.

Tədbiri Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev açmışdır. Daha sonra Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri cənab Ramin Həsənov, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirinin müavini Prof. Dr. Haluk Dursun çıxış etmişlər. Çıxışından sonra Prof. Haluk Dursun Mövlana haqqında kitabı Vaqif Əliyevə hədiyyə etmişdir. Azərbaycan Milli Kitabxanasının direktoru Prof. Kərim Tahirov çıxış edərək Milli Kitabxana tərəfindən nəşr edilmiş “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabını və Kitabxananın hazırladığı dahi bəstəkarın bütün əsərlərini əhatə edən 5 diski tədbir iştirakçılarına hədiyyə etmişdir. Tədbirdə həmçinin Almaniyadakı Diaspora təşkilatının sədri Samirə Patzer-İsmayılova da çıxış etmişdir. O, Qara Qarayevin not əsərlərindən ibarət olan toplunu iştirakçılara təqdim etmişdir.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa arxasında müzakirə ilə davam etdirilmişdir. Tədbirdə Almaniyada yaşayan Alman-Azərbaycan ədəbiyyatını geniş təbliğ edən naşirlər, yazıçılar və ədəbiyyatşünas alimlər çıxış etmişlər. Onlar özlərinin hazırladığı Alman dilində olan Azərbaycan müntəxəbatı antologiyasını tədbir iştirakçılarına təqdim etmişlər.

Share