ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: ““9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜDÜR””

08.11.2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il noyabr ayının 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərarı ilə qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabr ayının 17-də qədim Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Dövlət Bayrağı günü Milli Kitabxana tərəfindən də qeyd edilir. Noyabr ayının 8-də Milli Kitabxananın Sərgi zalında “9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜDÜR” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgidə Milli Kitabxananın fondunda olan azərbaycançılıq, dövlətçilik, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri olan bayrağımız haqda Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş 200-ə yaxın kitab və dövri mətbuat materialları nümayiş olunmuşdur.

Sərgi bir həftə davam edəcək.

Share