ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!”

27.12.2018

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhəddinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi və bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dekabrın 27-də Azərbaycan Milli Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgidə Azərbaycançılıq, diasporalarla iş, diasporalara dövlət qayğısı, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası, multikulturalizm, tolerantlıq haqqında 200-dən çox kitablar və dövri mətbuat materialları nümayiş olunmuşdur.

Share