ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Akademik Yaqub Mahmudov”

10.02.2019

Fevral ayının 10-da Milli Kitabxanada AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü, akademik Yaqub Mahmudovun 80 illik yubileyi ilə əlaqədar olaraq “Akademik Yaqub Mahmudov” adlı geniş kitab sərgisi açılıb.

Ölkəmizdə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayan, çoxillik səmərəli elmi yaradıcılığı və pedaqoji fəaliyyəti ilə ölkəmizdə və ondan kənarda çox böyük hörmət və nüfuz qazanan, tarix elminin patriarxı səviyyəsinə yüksəlmiş Yaqub Mahmudov xidmətlərinə görə “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm” mükafatları laureatı, Azərbaycanın və Dağıstanın “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb, 1999-cu ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilib. 2012-ci il may ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilib. 2013-cü ildə “Ataman Anton Qolovatıy” ordeni, “Kraliça Viktoriya” diplomu və medalına, 2016-cı ildə AMEA-nın “Abbasqulu ağa Bakıxanov”, 2019-cu ildə Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyev 9 fevral 2019-cu il tarixində Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.  

Sərgidə 700-dən çox elmi əsərin və elmi publisistik məqalənin müəllifi olan görkəmli alimin əsərlərindən, redaktoru olduğu, ön söz yazdığı, rəyçisi olduğu, elmi məslətəhçiliyi, həmmüəllifliyi ilə çap olunan, həmçinin haqqında nəşr edilmiş müxtəlif dillərdə 300-dən çox ədəbiyyat nümayiş edilir.

Share