ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Azərbaycan teatrı bu gün”

10.03.2019

Azərbaycan Respublikası Prezidentinin "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli Sərəncamına uyğun olaraq 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə mart ayının 10-da Azərbaycan Milli Kitabxanasında “Azərbaycan teatrı bu gün” adlı geniş tərtibatda  kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan teatrı, teatr tarixi, teatrşünaslar, Azərbaycan teatr səhnəsinin məşhur simaları, teatr tarixində mühüm yer tutmuş görkəmli aktyorlar, ümumilikdə teatr sənətimizin inkişafında xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında ədəbiyyat sərgilənmişdir.
Sərgi bir həftə davam edəcək.

Share