ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: "15 aprel-Beynəlxalq Mədəniyyət Günüdür"

14.04.2019

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix  1935-ci il aprelin 15-də Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında" imzalanmış müqavilə ilə əlaqədardır. Ümumdünya  Mədəniyyət Gününün qeyd olunmasını iık dəfə  1931-ci  ildə Belçikanın Brügge  şəhərində  keçirilən konfransda rəssam Nikolay Rerix təklif etmişdir. O vaxtdan etibarən dünyanın  bir çox ölkəsində, eləcə də Azərbaycanda da 15 aprel-Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilir. Bu münasibətlə 14 apreldə Azərbaycan Milli Kitabxanasında "15 aprel-Beynəlxalq Mədəniyyət Günüdür" adlı kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan və xarici dillərdə  Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə, mədəniyyətlərin qarşılıqlı əlaqəsində YUNESKO-nun roluna aid kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək. 

Share