ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Ağdam rayon 149 saylı tam orta məktəbin III, V, VII və VIII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar

27.04.2019

Ağdam rayon 149 saylı tam orta məktəbin III, V, VII və VIII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer almış  “İmadəddin Nəsimi-650”,  “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” və “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır. Şagirdləri maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılmışdır

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən  həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar.

Şagirdlərə Açıq Kitabxanada “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi,   “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilmişdir.

Uşaqlara rəhbərlik edən tədris təşkilatçısı  Mövsümova Xəzangül xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.

Share