ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Heydər Əliyev Fondu – 15”

10.05.2019

May ayının 10-da Milli Kitabxanada “Heydər Əliyev Fondu – 15” adlı kitab sərgisi açılmışdır.

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

2004-cü ildən fəaliyyətə başlamış Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Sərgidə Heydər Əliyev Fondu haqqında müxtəlif dillərdə çap olunmuş kitab və dövri mətbuat materialları, həmçinin Fondun dəstəyi ilə nəşr edilmiş kitablar nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

Share