ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri keçirildi

12.07.2019

İyul ayının 12-də Milli Kitabxanada Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri keçirildi.

İlk öncə qonaqlar “Azərbaycan məktəbi jurnalı – 95” adlı sərgi ilə tanış oldular.  

Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov giriş sözü ilə tədbiri açaraq, qonaqları salamladı, jurnalın fəaliyyətindən qısaca bəhs edərək onun Azərbaycan təhsili, müəllimi, elmi-pedaqoji fikri, təhsil tariximiz üçün önəmini qeyd etdi.

“Azərbaycan məktəbi”  jurnalının baş redaktoru Rahil Nəcəf çıxış edərək jurnalın tarixi və qısa müddətdə görülən işlər barədə, pedaqoji mətbuat tariximizin ən uzun ömürlü jurnalı olaraq bu günə kimi 686 sayının dərc edildiyini söylədi. Rahil Nəcəf çıxışında 2018-ci ildən  jurnalın yeni formatda nəşr olunduğunu, elektron arxivinin yaradıldığını, dünyada tanıdılması, beynəlxalq redaksiya heyətinin təşkili, indekslərə üzvlük məsələləri, məqalələrin dərcinə qoyulan tələblər haqqında fikirlərini söylədi.

Daha sonra “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olundu.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Azərbaycan xalqının XX əsrin əvvəllərində geniş vüsət almış maarifçilik hərəkatının və ideyalarının təbliğində, pedaqoji fikrin inkişafında “Azərbaycan məktəbi” jurnalının mühüm xidmətləri olduğunu söylədi. Cənab nazir çıxışında jurnalın Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə daha da geniş vüsət aldığını və jurnala 8 məcmuənin əlavə edilərək mükəmməl nəşrə çevrildiyini, 2018-ci ildən jurnalının fəaliyyətində nəzərə çarpaçaq  dəyişikliklərin yarandığını, akademik səviyyəsinin yüksəldilməsinin, Azərbaycan və dünya təhsilində baş verən elmi-pedaqoji yeniliklərə yer verilməsinin, jurnalın beynəlxalq elmmetrik bazalara üzvlüyünün vacibliyini qeyd etdi.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Azərbaycan məktəbi” jurnalının Azərbaycan təhsilində oynadığı mühüm roldan və görkəmli alimlərin burada elmi məqalələrinin dərcindən danışdı.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da çıxış edərək, yubiley iştirakçılarını təbrik etdi və jurnalın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq onun tarixi xidmətlərini vurğuladı.

Tədbirin sonunda redaksiyada uzun illər çalışan əməkdaşlara Təhsil nazirliyinin Fəxri fərmanları təqdim olundu, iştirakçılara jurnalın sonuncu dərc edilən nüsxəsindən hədiyyə edildi.

Sonda xatirə şəkli çəkildi.

Share