ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

“Kreativ Nəsil” Tədris Mərkəzinin II-VII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında

22.08.2019

22. 08. 2019-cu il tarixində “Kreativ Nəsil” Tədris Mərkəzinin II-VII sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer almış “İmadəddin Nəsimi-650”, “Yaddan çıxmaz Qarabağ” və sərgiləri ilə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Uşaqları maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Şagirdlər  Milli Kitabxananın nəzdində fəaliyyət göstərən  həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar. Uşaqlara Açıq Kitabxanada “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi,   “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilmişdir.

Uşaqlara rəhbərlik edən müəllimələr - Misirixanova Səbinə, Quliyeva Elnarə və Əlıəkbərova Nurlana  şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.

Share