ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Hidayət Orucov-75”

05.09.2019

Sentyabr ayının 5-də Milli Kitabxanada şair, dramaturq, publisist, tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ictimai xadim Orucov Hidayət Xuduş oğlunun anadan olmasının 75 illiyi münasibətilə “Hidayət Orucov-75” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə müəllifin  ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli mənəvi dəyərlərimiz, türk xalqlarının deportasiyası və soyqırımına həsr olunmuş Azərbaycan, rus və digər dillərdə nəşr olunan əsərləri, tərtib etdiyi, rəyçi olduğu, tərcümə etdiyi, redaktoru olduğu və haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Share