ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Ramil Əhmədin “İki şəhərin yazıları” adlı kitabının təqdimatı və imza günü

07.09.2019

7 sentyabr tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı rəssamlıq, kino, roman və poeziya sənətinə dair esseler toplusu kitabının təqdimatı və imza mərasimi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, gənc yazar Ramil Əhmədi təbrik etdi və  yardıcılıq fəaliyyətində ona uğurlar arzuladı. KərimTahirov həmçinin  Açıq Kitabxananın fəaliyyət göstərdiyi üç il ərzində gənclərin dostuna çevrildiyini, bu məkanda gənc yazarların tez-tez kitab təqdimatlarının baş tutduğunu qeyd etdi. 

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kənan Hacı, filologiya elmləri doktoru,  professor Aqşin Babayev, Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, şair Zahid Sarıtorpaq, ədəbiyyatşünas Ülvi Babasoy və digərləri iştirak etdi və öz ürək sözlərini gənc yazara bildirdilər.

`Gənc yazar Ramil Əhməd kitabın ışıq üzü görməsində əməyi keçən hər kəsə, Rəşad Məcidə, Ülvi Babasoya, Teymur Fərziyevə və başqalarına öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kənan Hacı gənclərə yaradılan şəraitə və tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürnü bildirdi. Yekun olaraq imza mərasimi keçirildi və xatirə şəkli çəkdirildi.

 

 

Share