ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Argentina Respublikasının Azərbaycandakı səfiri cənab Sergio Perez Gunella və Mədəniyyət məsələləri üzrə səfirin müavini xanım Korina Beatriz Azərbaycan Milli Kitabxanasında olmuşlar

08.10.2019

Oktyabr ayının 8-də Argentina Respublikasının Azərbaycandakı səfiri cənab Sergio Perez Gunella və Mədəniyyət məsələləri üzrə səfirin müavini xanım Korina Beatriz Azərbaycan Milli Kitabxanasında olmuşlar. Qonağı Milli Kitabxanaın direktoru prof.Kərim Tahirov qarşılayaraq cənab səfirin kitabxanada olmasından məmnunluq duyduğunu bildirmişdir.
Görüş zamanı hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini vurğulayan cənab səfir qeyd etmişdir ki, kitablar bir ölkənin mədəniyyətinin əsas təmsilçisidir. Ölkələr arasındakı əməkdaşlığın ən başlıca yollarından biri də kitabxanalar arasındakı qarşılıqlı əlaqələrdir. Görüş zamanı cənab səfir yaxın zamanlarda Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanması ilə bu əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirdi.
Direktor Kərim Tahirov qeyd etdi ki, Anlaşma Memorandumu artıq Argentina Milli Kitabxanası ilə razılaşdırılıb və imzalanmaq üçün hazırdır. O həmçinin əlavə etdi ki, hər iki ildən birkeçirilən beynəlxalq kitab sərgi-yarmarkasına kitabxananın qarşılıqlı əməkdaşlıq etdiyi ölkələrin milli kitabxanaları dəvət olunurlar. İnanırıq ki, Anlaşma Memorandumu imzalandıqdan sonra Argentina Milli Kitabxanasının ekspozisiyası da növbəti sərgidə öz yerini alacaq. Direktor qeyd etdi ki, Anlaşma Memorandumunun əsas istiqamətlərini kitab, informasiya, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı tədbirlərin keçirilməsi təşkil edir.
Cənab səfir daha sonra müəlliflik hüquqları və elektron resurslarla bağlı onu maraqlandıran suallarını direktora ünvanlamışdır. Prof.Kərim Tahirov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamla artıq ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının elektron versiyalarının da Milli Kitabxanaya veriləcəyini və bununla da elektron kitabxananın daha da zənginləşəcəyini bildirdi. Bu resurslar “Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun şəkildə Milli Kitabxananın saytında yerləşdiriləcək və istifadəçilər üçün əlçatan olacaq.
Hər iki ölkənin ədəbiyyatının olduqca zəngin olduğunu bildirən cənab səfir Azərbaycan ədəbiyyatını Argentinada və eləcə də Argentina ədəbiyyatını Azərbaycanda tanıtmaq üçün qarşılıqlı kitab mübadiləsinin vacibliyini bir daha vurğuladı.
Görüşün sonunda Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası. Foto albom” (üç dildə, Azərbaycan, rus və ingilis dillərində), “Qədim Bakı” (ingilis dilində) kitablarını və Azərbaycan xəritəsini qonağa təqdim etdi.Cənab səfir isə öz növbəsində Argentinalı yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş kitablarını (Adolfo Bio Kasares “Morelin ixtirası”, Klaudia Pineiro “Bir damcı bəxt”, Mariya Elena Valş “Dailan Kifki”) və “The Argentina” miniatür kitabını Milli Kitabxanaya hədiyyə etdi.
Sonda qonaqlarla birgə xatirə şəkli çəkildi.
Daha sonra Milli Kitabxanada ekskursiya edən cənab səfir və səfir müavini Kitabxanadakı iş prosesləri ilə yaxından maraqlanmışlar.Kitabxananın Elektron kataloq və Elektron kitabxanası onlarda böyük maraq oyatmışdır, cənab səfir kitabxanada tətbiq olunan elektronlaşma prosesinə böyük önəm vermişdir. Qonaqlar Milli Kitabxananın Nadir Kitablar və Kitabxana muzeyi, həmçinin Kitab fondlarının mühafizəsi şöbələrində olaraq  Milli Kitabxananın kitab kolleksiyaları ilə tanış olmuş, Açıq kitabxananı ziyarət etmiş və xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Share