Oktyabrın 13-də Milli Kitabxanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan və xarici dillərdə Türkdilli dövlətlərin Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələri, Türkdilli ölkələrin tarixi, ədəbiyyatı, siyasəti, mədəniyyəti, incəsənəti və türk dünyasının tanınmış şəxsiyyətləri haqqında kitab, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.