ELEKTRON KİTABXANA

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Xoşbəxt Yusifzadə-90”

14.01.2020

Yanvarın 14-də Milli Kitabxanada Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, geoloq-alim, akademik  Xoşbəxt Bağı oğlu Yusifzadənin  anadan  olmasının  90  illiyi münasibətilə “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb.

Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərmiş, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmışdır.

Sərgidə akademikin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, elmi məqalələri, rəyçisi və redaktoru olduğu, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunur.

Share