Azərbaycan mİllİ kİtabxanası

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri  cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub

16.04.2021

Aprel ayının 16-da Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Serjan Abdıkarimov Milli Kitabxanada olub. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayaraq onun Milli Kitabxanada olmasından məmnun olduğunu bildirmişdir. İki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsindən, qarşılıqlı kitab mübadiləsinin əhəmiyyətindən söz açan direktor Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Milli Kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.

Milli Kitabxana “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib

Milli Kitabxana “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib

15.04.2021

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olmuşdur. Bu münasibətlə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib.

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

15.04.2021

Aprel ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də qoşuldu.

Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru cənab Əsədcan Xocayev Milli Kitabxanada olmuşdur

Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru cənab Əsədcan Xocayev Milli Kitabxanada olmuşdur

09.04.2021

Aprel ayının 9-da Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru cənab Əsədcan Xocayev Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayaraq onun Milli Kitabxanada olmasından məmnun olduğunu bildirmişdir.Görüş zamanı Milli Kitabxana haqqında, onun fəaliyyəti barədə qonağa ətraflı məlumat verən Kərim Tahirov pandemiya şəraitində oxucuların sorğularının onlayn olaraq operativ şəkildə ödənildiyini qeyd etdi.

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

08.04.2021

Aprel ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Kinematoqrafçılar İttifaqı da qoşuldu.