Aprelin 7-də Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar sərəncamına müvafiq olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Milli Kitabxana birgə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (Müasir dövrdə Nizami mədəni irsinin təfsiri) adlı kitabın təqdimat mərasimini keçirib.
Aprelin 7-də ilk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in nəşrə başlamasının 115 ili tamam olur. Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” jurnalı Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazmışdır.
Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Döyüşlər zamanı Azərbaycanın qəhrəman oğulları öz qanları və canları ilə tarix yazdılar.
Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya Azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.
Mart ayının 30-da Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi və onun ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber Azərbaycan Milli Kitabxanasında olub. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan, beynəlxalq kitab və informasiya mübadiləsindən danışıb. Sonra o, qonaqlara Milli Kitabxana barədə məlumat verərək pandemiya şəraitində oxuculara göstərilən onlayn xidmətlər barədə danışıb. Həmçinin, o, bildirib ki, pandemiya dövründə Milli Kitabxananın virtual oxucularının sayı artaraq 2 milyondan artıq olmuşdur.