Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
İyun ayının 21-də Azərbaycan Milli Kitabxanası MDB-yə Üzv Dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Qırğızıstan Respublikası Hökumətinin, Bölgələrarası Kitabxana Əməkdaşlıq Mərkəzinin, YUNESKO-nun “İnformasiya Hamı üçün” Proqramının Rusiya Komitəsinin, A.Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasının və Qırğızıstan Respublikasının Kitabxanalar Birliyinin təşkil etdiyi “Rəqəmsal dövrdə kitab və mütaliə” mövzusunda Qırğızıstan Respublikasında keçirilən II Beynəlxalq Konfransda iştirak edib.
Cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzolunmaz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, kitab fondlarının müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas proritetlərindən biridir.
İyun ayının 20-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi tamam olur. Cahangir Cahangirov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş etmişdir.