İyun ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Təhsil İnstitutu da qoşuldu.
İyunun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi arasında onlayn formada Əməkdaşlıq Memorandumu imzalanıb.
Milli Kitabxananın koronavirus zamanı göstərdiyi xidmətlərin çeşidliyi “Azərbaycan Milli Kitabxanasında koronavirus (COVİD-19) pandemiyası şəraitində elektron informasiya xidmətinin təşkili” mövzusunda kitabın yazılması zərurətini yaratdı.
Bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 illi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması öllkəmizdə elmə, elm adamlarına yüksək dövlət qayğısının və diqqətin parlaq nümunəsidir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.