Azərbaycan mİllİ kİtabxanası

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasını nəşr etdirib

Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasını nəşr etdirib

17.05.2021

May ayının 17-də realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

Milli Kitabxanada “Professor Kərim Şükürov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Professor Kərim Şükürov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

09.05.2021

May ayının 10-da görkəmli Azərbaycan tarixçisi, professor Kərim Şükürovun 65 illik yubileyi tamam olur. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz professor Kərim Şükürov tərəfindən İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquq-siyasi məsələləri, miqrantların dinamikası və yerləşməsi məsələləri, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığı, Azərbaycanın tarixi demoqrafiyası tədqiq edilmişdir.

Milli Kitabxanada “9 May - Faşizm üzərində Qələbə Günüdür” adlı sərgi istifadəçilərə onlayn rejimdə təqdim olunub

Milli Kitabxanada “9 May - Faşizm üzərində Qələbə Günüdür” adlı sərgi istifadəçilərə onlayn rejimdə təqdim olunub

08.05.2021

Hər il Azərbaycanda 9 May – Faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Çünki Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Milli Kitabxanada “10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

08.05.2021

May ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Milli Kitabxanada “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir və BDU-nun dosenti R.Süleymanovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib

07.05.2021

May ayının 7-də Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkil etdiyi “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir və BDU-nun dosenti R.Süleymanovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib.