BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri isə əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
May ayının 2-də görkəmli professor Hafiz Paşayevin 80 illik yubileyi tamam olur. Hafiz Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmışdır.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Aprelin 28-də Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur.