Azərbaycan mİllİ kİtabxanası

DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə edib

Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə edib

27.04.2021

Azərbaycan Milli Kitabxanası Çin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir. Bu məqsədlə, aprel ayında Çin Respublikasının Azərbaycandakı Səfirliyi Milli Kitabxanaya 243 nüsxə ingilis və çin dillərində kitab, 5 nüsxə kitab rus dilində, eyni zamanda 9 DVD ingilis və 3 DVD rus dilində hədiyyə etmişdir.

Milli Kitabxanada “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib

Milli Kitabxanada “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib

23.04.2021

Aprel ayının 23-də Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib.

Milli Kitabxanada “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər istifadəçilərə təqdim olunub

23.04.2021

Bu gün “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd olunur. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir. Azərbaycan Respublikasında 23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1997-ci ildən qeyd olunur.

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

23.04.2021

Aprel ayının 22-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına yazar Zaur Ustac da qoşuldu.

Milli Kitabxana Başqırdıstan Respublikası Ə.Z.Validi adına Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı Beynəlxalq Elmi və Praktik Konfransda iştirak edib

20.04.2021

20 aprel tarixində Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı Beynəlxalq Elmi və Praktik Konfrans keçirilib. Konfransda Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili, fəlsəfə doktoru, professor Zuqura Raxmatullina, Başqırdıstan Respublikası Mədəniyyət Nazirinin müavini Ranis Altınbayev, B.N.Yeltsin adına Prezident Kitabxanasının İnformasiya Resursları üzrə direktoru Yelena Jabko, həmin kitabxananın Xarici əlaqələr üzrə direktoru Aleksey Vorobyov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Milli Kitabxanalarının rəhbərləri, Başqırdıstan Respublikasının milli və regional kitabxanalarının nümayəndələri və digərləri çıxış etmişdir.