Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

NADİR KİTABLAR VƏ KİTABXANA MUZEYİ ŞÖBƏSİ

Şöbə müdiri: Abdullayeva Gülsəidə İdris qızı 
 

Şöbə haqqında ümumi məlumat

 1962-ci ildən fəaliyyətə başlayan Nadir kitablar bölməsi 2013-cü ildən şöbə statusu alaraq Nadir kitablar və kitabxana muzeyi şöbəsi kimi fəaliyyətə başlamışdır. Nadir kitablar və kitabxana muzeyi şöbəsinin fondu 16 dildə təxminən 5000-ə yaxın ədəbiyyata malikdir. Şöbədə1573-cü ildən bu günümüzədək nadir kitab meyarına uyğun gələn nəşrlər saxlanılır.

  1. Nadir kitablar və kitabxana muzeyi şöbəsində aşağıdakı kolleksiyalar nümayiş etdirilir:

  2. Ulu öndər H. Əliyevin 1995-97-ci illərdə kitabxanaya gələrkən öz şəxsi kitabxanasından hədiyyə etdiyi kitablar.

  3. H. Əliyev fondunun nəşr etdirdiyi poliqrafik cəhətdən nəfis şəkildə tərtib edilmiş nəşrlər.

  4. Kitab çapının ilk illərində nəşr edilmiş müxtəlif dillərdə qədim ədəbiyyat.

  5. Azərbaycan klassiklərinin daşbasma üsulu ilə nəşr edilmiş əsərləri.

  6. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri.

  7. Unikal nəşrlər.

  8. Miniatür kitablar.

  9. Kitabxananın 85 ilik və 90 illik yubileyi münasibəti ilə müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar tərəfindən verilmiş hədiyyələr.

 

Vəzifələri

Nadir kitablar və kitabxana muzeyi şöbəsinin əsas vəzifəsi elmi dəyəri, tarixi əhəmiyyəti və nəşr tarixi baxımından qiymətli hesab edilən ədəbiyyatı, eyni zamanda miniatür kitabları, poliqrafik cəhətdən nəfis şəkildə tərtib edilmiş nəşrləri toplamaq, mühafizə etmək və elmi ictimaiyyətin istifadəsinə çatdırmaqdan ibarətdir. Nadir kitablar və kitabxana muzeyi şöbəsinin fondu nəşr ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq nadir kitab meyarına uyğun kitablardan bir nüsxə komplektləşdirilir.

 

Fəaliyyət istiqamətləri

  • Nadir kitablar və kitabxana muzeyi şöbəsi fondunu nəşr ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq nadir kitab meyarına uyğun kitablardan bir nüsxə komplektləşdirir.

  • Şöbədə oxu zalı fəaliyyət göstərir. Nadir nəşrlərlə bağlı oxucu sorğuları əyani və şifahi cavablandırılır.

  • Şöbədə ədəbiyyat əlifba və sistemli kataloqlarda öz əksini tapır. Kitablar inventar nömrəsi ilə düzülür.