Şöbə müdiri: Vəliyeva Mədinə Əlibala qızı
Tel: (994 12) 493 98 96
E-mail: [email protected]
Şöbə haqqında ümumi məlumat
Diyarşünaslıq biblioqrafik resursların yaradılması şöbəsi 1940-cı ildə Məlumat-biblioqrafiya şöbəsinin nəzdində fəaliyyətə başlamışdır. 1963-cü ildə şöbədə Diyarşünaslıq bölməsi yaradılmış, 1974-cü ildən həmin bölmə Diyarşünaslıq və Milli Biblioqrafiya şöbəsi kimi müstəqil fəaliyyət göstərir. Şöbə 2006-2009-cu illərdə dövri mətbuat səhifələrindən diyarşünaslıq materiallarını, hal-hazırda isə diyarşünaslıq xarakterli retrospektiv ədəbiyyatı VTLS sistemində VİRTUA proqram təminatında, MARC 21 formatında kitabxananın elektron kataloqunda yerləşdirmək və elektron-informasiya xidməti ilə məşğul olur.
Strukturu
Azərbaycanşünaslıq məlumat bazasının yaradılmısı bölməsi
Biblioqrafik arayışlarının arxivi bölməsi
Vəzifələri
Diyarşünaslıq məlumat-biblioqrafiya aparatını təşkil edərək, məlumat-biblioqrafiya və informasiya xidməti göstərmək.
Fəaliyyət istiqamətləri
Şöbə oxucuların biblioqrafik araşdırma işini yaxşılaşdırmaq naminə diyarşünaslığa aid soraq biblioqrafiya aparatını - Azərbaycan və rus dillərində kataloq və kartotekalar sistemini yaradır:
«Azərbaycanşünaslıq» toplu xidmət kataloqu;
«Azərbaycanşünaslıq» tövsiyə kartotekası;
Azərbaycan dilində olan xarici ədəbiyyatın sistemli ümumi kartotekası.
Diyarşünaslıq xarakterli retrospektiv ədəbiyyatı milli elektron kataloqa yerləşdirir;
Ali dövlət orqanlarını, müəssisə və təşkilatları, ayrı-ayrı oxucu qruplarını şöbəyə daxil olan yazılı və şifahi arayışlarla təmin edir;
Diyarşünaslıq mövzusunda şöbənin tərtib etdiyi Yazılı arayişlar fondunu yaradır və mühafizə edir;
Diyarşünaslıq və ümumi xarakterli biblioqrafik vəsaitləri tərtib edir:
Elmi-köməkçi biblioqrafik göstəriciləri;
Tövsiyə biblioqrafik göstəriciləri;
İnformasiya xarakterli nəşrləri;
Elıektron biblioqrafik göstəricilər.