Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

BİBLİOQRAFİK VƏ ELEKTRON İNFORMASİYA XİDMƏTİ ŞÖBƏSİ

Şöbə müdiri: Kərimova Könül  Rafiq qızı.
Tel: 
(+994 12) 493 60 04

E-mail: e_informasiya@anl.az  

Şöbə haqqında ümumi məlumat

Kitabxanada baş verən strukrur dəyişikliyinə əsasən 2017-ci il 20 aprel tarixindən Sorğu informasiya xidməti  şöbəsi və Elektron İnformasiya xidməti və KAA abonoment şöbəsi ləğv edilərək,  Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılmışdır.

1927-ci ildən “Məlumat bürosu”, 1974-cü ildən “Məlumat-biblioqrafiya”, 2006-cı ildən “Sorğu-informsiya xidməti”,  2017-ci ildən isə “Biblioqrafik və elektron informasiya xidməti” adı ilə fəaliyyətə başlayan şöbəsinin əsas funksiyası günün tələbinə uyğun olaraq məlumat-biblioqrafiya aparatının və yardımçı fondun təşkili, elektron və ənənəvi kataloqlarla xidmət, müxtəlif mənbələrdən (poçt, telefon, məkub, yazılı və şifahi arayışlar) və oxuculardan alınan biblioqrafik və elektron arayışların dəqiq, dolğun, operativ yerinə yetirilməsi, elektron informasiya texnologiyaları vasitəsilə oxuculara xidmətin təşkili, virtual sifarişlərin qəbulu və içrası, MDB dövlətləri və xarici dövlətlərlə elektron kitab mübadiləsi işini həyata kecirməkdir.

2000-ci ildə fəaliyyətə başlamış İNTERNET zal, 2006-cı ildə  Elektron informasiya xidməti şöbəsi kimi öz işini davam etdirmiş,  2017-ci ildən isə Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin tərkibində   Elektron informasiya xidməti bölməsi adı ilə fəaliyyət göstərir.

2008-ci ilin mart ayından oxuculara xidməti yaxşılaşdırmaq məqsədi ilə “Məsafədən sifariş” (Virtual) (http://anl.az/new/az/order/19-Virtual-sifariş) xidməti fəaliyyət göstərir. Kitabxananın saytına www.anl.az  daxil olmaqla bu xidmət haqqında məlumat almaq olar.

Strukturu

  • Elektron kataloqlarla xidmət bölməsi;

  • Biblioqrafik xidmət bölməsi;

  • Elektron informasiya xidməti bölməsi.

Vəzifələri

  • Elektron və ənənəvi kataloq və kartoteka sistemi ilə biblioqrafik  xidmət göstərmək, oxucuları məlumat-biblioqrafiya bilikləri ilə maarifləndirmək;

  • Biblioqrafik sorğuların icrası

  • Elektron informasiya texnologiyaları vasitəsilə oxuculara xidmətin təşkili;

  • Oxuculara məsafədən sifarişi (Virtual) qısa zamanda yerinə yetirmək;

Fəaliyyət istiqamətləri

  • Biblioqrafik və elektron informasiya xidməti;

  • Biblioqrafik sorğuları cavablandırmaq;

  • Ali dövlət orqanlarından, müəssisə və təşkilatlardan, ayrı-ayrı oxucu qruplarından şöbəyə daxil olan yazılı və şifahi arayışların cavablandırılması;

  • Yardımçı ədəbiyyat fondunun komplektləşdirməsi, daxili kataloq və biblioqrafik kartoteka sistemində əks olunması;

  • “Yeni ədəbiyyat” və “Kitabxananın nəşrləri” başlıqlı daimi sərgilər təşkil edilməsi;

  • Elektron və ənənəvi kataloq vasitəsilə biblioqrafik xidmət göstərilir;

  • Ödənilmiş arayışlar fondunun elektron bazası yaradılır;

  • Respublika əhəmiyyətli sərgilərin təşkilində iştirak edir;

  • Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş, həmçinin görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibəti ilə onların həyat və yaradıcılığını əks etdirən sərgilərin təşkili işində bibloqrafik xidmət edir;

  • Oxucuları informasiya ilə təmin etmək üçün yeni xidmət növlərinin araşdırılması və istifadəçilər üçün məlumatın əldə edilməsinin təkmilləşdirir.