Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

MƏDƏNİYYƏT TƏDBİRLƏRİNİN TƏŞKİLİ ŞÖBƏSİ

Şöbə müdiri: Salayeva Natella Sirac qızı 
Tel: (994 12) 493 60 04
E-mail: kutlevi_isler@anl.az

Şöbə haqqında ümumi məlumat

Mədəni-kütləvi işlər şöbəsi 1942-cı ildən şöbə kimi fəaliyyətə başlamışdır. Kitabxananın kütləvi tədbirlərini həyata keçirən əsas şöbədir. Şöbə əlamətdar və tarixi günlərin keçirilməsini, kitabxanaya daxil olan yeni ədəbiyyatla tanışlıq mövzusunda çoxlu sayda kitab təqdimatlarına müvafiq sərgilər təşkil edir. Milli Kitabxanada keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrinə məlumtların ötülürməsini təmin edir. 

Vəzifələri

  • Prezident sərəncamlarına əsasən yubileyləri qeyd olunan yazıçı və şairlərin, elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş kitab sərgilərini, təzə çapdan çıxmış qiymətli kitabların təqdimetmə mərasimlərini təşkil etmək;

Fəaliyyət istiqamətləri

  • Respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə birgə həmin ölkələrin tarixi, siyasi, iqtisadi, mədəni həyatına həsr olunmuş sərgilər təşkil edir, eyni zamanda həmin səfirliklərin Bakıda yerləşən Mərkəzləri ilə yaxından əməkdaşlıq edir;

  • Azərbaycanın görkəmli elm, incəsənət, mədəniyyət xadimlərinin respublika səviyyəsində yubileylərinə dair müxtəlif tədbirlər, o cümlədən: ədəbiyyat sərgiləri, mühazirələr, söhbətlər, biblioqrafik icmallar, oxucu konfransları, oxucular ilə görüşlər keçirir;

  • Kitab sərgisinə nəzarət edən növbətçilər oxucuların çoxsaylı suallarını cavablandırır.

Şöbədə kütləvi tədbirlərlə əlaqədar yığılan materialların elektron məlumat bazası, tədbirlərdən xülasələr  başlığı altında rubrikalar açılmışdır. Keçirilən tədbirlər haqqında kitabxana  saytına materialların ötürülməsini müntəzəm olaraq  təmin edir.