Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

İNFRASTRUKTURUN TƏŞKİLİ VƏ AVTOMATLAŞDIRMA ŞÖBƏSİ

Şöbə müdiri: Zəkəriyəyev İlham
E-mail: ilham.z@anl.az
 

Şöbə haqqında ümumi məlumat

İnfrastrukturun təşkili və avtomatlaşdırma şöbəsi 2011-ci ilin yanvar ayından fəaliyyət göstərir. Şöbə kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını, kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edi.
 

Şöbənin strukturu

 Şöbənin strukturuna İnfrastrukturun təşkili sektoru və Proqram təminatı sektoru daxildir.
 

Şöbənin əsas vəzifələr

  • Kitabxananın elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək;

  • Vətəndaşlar tərəfindən kitabxananın internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, optimal şərait yaradılmasını təmin etmək;

  • Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

  • Kitabxananın vahid kompyuter şəbəkəsinin yaradılmasını, fəaliyyətinin tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək;

  • Kitabxananın informasiya resursları, şəbəkələri ilə təminatını, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün kompyuter proqramlarının tətbiqini təşkil etmək;

  • Kitabxananın keyfiyyətli və fasiləsiz internet bağlantısını təmin etmək;

  • Kitabxananın kompyuter və şəbəkə avadanlıqlarının işləməsini və idarə edilməsini təmin etmək;

  • Kitabxananın rəhbərliyi tərəfindən yaradılmış mobil qruplarda iştirak etmək;

  • Milli Kitabxananın saytının (www.anl.az) və elektron kataloqun oxucular tərəfindən açılıb oxunmasını təmin etmək;

  • Şöbənin iş planı, fəaliyyəti ilə bağlı kitabxananın rəhbərliyinə məlumat vermək;

  • Şöbənin işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin qorunmasını təmin etmək;

  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

  Şöbənin əsas fəaliyyət istiqamətləri

  • Kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını təmin edir;

  • Kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir;

  • Müvafiq sahənin inkişafını təmin edir;

  • Qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.