Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

ELEKTRON KİTABXANANIN İNKİŞAFI ŞÖBƏSİ

Şöbə müdiri: Səfərova Rübabə Şəfi qızı

Tel: (994 12) 598 48 69

E-mail: e_kitabxana@anl.az

Şöbə haqqında ümumi məlumat

Elektron kitabxananın inkişafı şöbəsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq avtomatlaşdırılmış kitabxana sisteminin imkanlarından istifadə etməklə əsası 2006-cı ildən qoyulmuş Elektron kitabxananın (Azərbaycan, rus və ingilis dillərində) bazalarının zənginləşdirilməsi, yeni elektron məlumat bazalarının yaradılması işlərini həyata keçirir. Həmçinin şöbə hesablama texnalogiyaları və informasiya şəbəkələri - İnternet və İntranet vasitəsilə dünya və Azərbaycan elm və mədəniyyətinin müxtəlif sahələrinin nailiyyətlərinin təbliği və informasiya təminatını təmin etmək işini həyata keçirir.

 

Şöbənin strukturu

Şöbədə iki bölmə var:

  • Mətnlərin rəqəmsallaşdırılması bölməsi;

  • Kitabların elektron bazasının yaradılması bölməsi

  • Dövri və ardı davam edən nəşrlərin elektron bazasının yaradılması bölməsi

Şöbənin əsas vəzifələri

  • Milli Kitabxananın fonduna daxil olan tammətinli nəşrlərin, əlyazmaların, dövri və ardı davam edən nəşrlərin və s. mühafizəsini təmin etmək, oxucuya xidmətin keyfiyyətini yaxşılaşdırmaq və işi günün tələblərinə uyğun qurmaq məqsədilə tammətinli nəşrlərin elektron resurslarının hazırlanması ilə Elektron kitabxananın bazalarının yaradılması, zənginləşdirilməsi;

  • Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş, görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibəti ilə onların həyat və yaradıcılığını geniş əks etdirən elektron məlumat bazalarının yaradılması və bu bazaların zənginləşdirilməsi;

  • Yaradılmış tammətinli elektron resurslarınAzərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun şərtlərinə əməl etməkləoxucuların istifadəsinə təqdim etmək üçün həmin resursların İnternet və İntranetdə Milli Kitabxananın Elektron kitabxanasında (Azərbaycan, rus və ingilis dillərində) və digər elektron məlumat bazalarında yerləşdirilməsi.

Şöbənin əsas fəaliyyət istiqamətləri

  • Rəqəmsal aparatlar, robot-skaner və müvafiq proqramlar vasitəsilə nəşrlərin tammətnli elektron resurslarını işləyib hazırlamaq;

  • Hazırlanmış tammətinli resursları redaktə etmək;

  • Bu resursları oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə İnternet və İntranetə ötürmək və həmin resurslara interfeys “giriş” imkanı yaratmaq