Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

KİTABİŞLƏMƏ VƏ КATALOQLAŞDIRMA ŞÖBƏSİ

Şöbə müdiri: Məmmədli Səyyаrə Оruc qızı
Tel:
 (994 12) 4931806
E-mail: 
kitabisleme@anl.az

Şöbə haqqında ümumi məlumat:

Milli Kitabxananın Kitabişləmə və кataloqlaşdırma şöbəsi 1923-ci ildə yaradılmışdır. Şöbə yarandığı gündən 1947-ci ilə qədər komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi məsələləri ilə kompleks şəkildə məşğul olmuşdur. 1941-ci ildən isə Kitabişləmə şöbəsinin əsasında 2 yeni şöbə - Komplektləşdirmə,  Kitabişləmə və кataloqlar şöbəsi təşkil edilmişdir.
1950-ci ildən Kitabişləmə və кataloqlaşdırma şöbəsi sistemli oxucu kataloqunu təşkil etməyə başlamışdır.
1957-58-ci illərdə ədəbiyyatın qrup halında işlənməsi bölməsi Kitabişləmə və кataloqlaşdırma şöbəsinin tərkibində yaradılmışdır.
1980-cı ildə şöbə tərkibində ədəbiyyatın qrup halında işlənməsi bölməsi qalmaqla Elmi sistemləşdirmə və Kitabişləmə kimi 2 şöbəyə ayrılmışdır. 

 

Strukturu

  • Baş əlifba kataloqu bölməsi.

Vəzifələri

  • Kataloqların tərtibi: ədəbiyyata (Azərbaycan və rus dillərində) yazılmış kartoçkaların kataloqda öz əksini tapması.

  • Əlavə(ilkin) və əlavə(köhnə) ədəbiyyatın kataloqda işlənməsi və fonda təhvili.

  • Kataloqların elmi və texniki redaktəsi.

  • Oxucuya xidmət.

  • Akt əsasında məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatin kataloqdan silinməsi.

Fəaliyyət istiqamətləri

  • Baş əlifba kataloqu daxili xidmət üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan və rus dillərində olan bütün növ ədəbiyyatın kartoçkaları öz əksini tapmışdır.

  • Oxucu-əlifba kataloqu 1938-ci ildə yaradılıb. 1913-1950-ci illəri əhatə edən ədəbiyyatın kartoçkalarını özündə əks etdirir.

  • Avtoreferatların əlifba kataloqu daxili xidmət kataloqudur və avtoreferatların 1974-cü ilin sonlarında, yəni avtoreferatların müntəzəm daxil olduğu vaxtdan təşkil olunmuşdur.

  • Dissertasiya kataloqu 1994-cü ildə şöbəyə dissertasiyalar daxil olduğu vaxtdan təşkil olunmuşdur.