Şöbə müdiri: Məmmədli Səyyаrə Оruc qızı
Tel: (994 12) 4931806
E-mail: [email protected]
Şöbə haqqında ümumi məlumat:
Milli Kitabxananın Kitabişləmə və кataloqlaşdırma şöbəsi 1923-ci ildə yaradılmışdır. Şöbə yarandığı gündən 1947-ci ilə qədər komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi məsələləri ilə kompleks şəkildə məşğul olmuşdur. 1941-ci ildən isə Kitabişləmə şöbəsinin əsasında 2 yeni şöbə - Komplektləşdirmə, Kitabişləmə və кataloqlar şöbəsi təşkil edilmişdir.
1950-ci ildən Kitabişləmə və кataloqlaşdırma şöbəsi sistemli oxucu kataloqunu təşkil etməyə başlamışdır.
1957-58-ci illərdə ədəbiyyatın qrup halında işlənməsi bölməsi Kitabişləmə və кataloqlaşdırma şöbəsinin tərkibində yaradılmışdır.
1980-cı ildə şöbə tərkibində ədəbiyyatın qrup halında işlənməsi bölməsi qalmaqla Elmi sistemləşdirmə və Kitabişləmə kimi 2 şöbəyə ayrılmışdır.
Strukturu
Baş əlifba kataloqu bölməsi.
Vəzifələri
Kataloqların tərtibi: ədəbiyyata (Azərbaycan və rus dillərində) yazılmış kartoçkaların kataloqda öz əksini tapması.
Əlavə(ilkin) və əlavə(köhnə) ədəbiyyatın kataloqda işlənməsi və fonda təhvili.
Kataloqların elmi və texniki redaktəsi.
Oxucuya xidmət.
Akt əsasında məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatin kataloqdan silinməsi.
Fəaliyyət istiqamətləri
Baş əlifba kataloqu daxili xidmət üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan və rus dillərində olan bütün növ ədəbiyyatın kartoçkaları öz əksini tapmışdır.
Oxucu-əlifba kataloqu 1938-ci ildə yaradılıb. 1913-1950-ci illəri əhatə edən ədəbiyyatın kartoçkalarını özündə əks etdirir.
Avtoreferatların əlifba kataloqu daxili xidmət kataloqudur və avtoreferatların 1974-cü ilin sonlarında, yəni avtoreferatların müntəzəm daxil olduğu vaxtdan təşkil olunmuşdur.
Dissertasiya kataloqu 1994-cü ildə şöbəyə dissertasiyalar daxil olduğu vaxtdan təşkil olunmuşdur.