Baxşəliyeva Gözəl İsmayıl qızı
E-mail: [email protected]
Şöbə haqqında ümumi məlumat
Retrospektiv ədəbiyyatın elektron kataloqunun yaradılması şöbəsi 2014-cü ilin aprel ayında yaradılmışdır. Şöbənin əsas vəzifəsi rus dilində olan ədəbiyyat fondunun elektron kataloqununun yaradılmasıdır. Retrospektiv ədəbiyyatın elektron kataloqunun yaradılması VTLS-Virtua proqramına uyğun olaraq MARC-21 formatına əsasən yerinə yetirilir.
Vəzifələri
VTLS-Virtua proqramı əsasında və MARC 21 formatına uyğun olaraq rus dilində olan çap əsərlərinin elektron kataloqunu yaradır.
Yeni yaradılmış biblioqrafik yazıların redaktəsi həyata keçirilir.
Yoxlanmış ədəbiyyat müvafiq fondlara təhvil verilir.
Fəaliyyətinin əsas istiqamətləri
VTLS-Virtua proqramı əsasında və MARC 21 formatına uyğun olaraq çap əsərlərinin elektron kataloqunu yaradılır.
Fondun rus dilində (I və II format düzülüşündə) olan çap əsərlərinin yeni biblioqrafik yazıları yaradılır.
İşlənmiş və redaktə edilmiş ədəbiyyatı müvafiq şöbəyə təhvil verir.
Qabaqcıl iş təcrübəsini öyrənir və onu şöbənin işində tətbiq edir.