Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

ЕLЕKTRОN KATALOQUN İNKİŞAFI ŞÖBƏSI

Şöbə müdiri: Əsədova Rəna Qurbanxan qızı
Tel.: (994 12) 498 88 52
E-mail: e_kataloq@anl.az

Şöbə haqqında ümumi məlumat

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində 2005-ci ildən başlayaraq layihə çərçivəsində milli ədəbiyyatın elektron kataloqunun yaradılması işinə başlanılmışdır. 2006-cı ilin fevral ayından isə Elektron kataloqun formalaşdırılması şöbəsi müstəqil struktur kimi fəaliyyət göstərir. Şöbə kitabxanaya daxil olan Azərbaycan və rus dillərində olan cari ədəbiyyatın, Elektron kitabın yaradılması  üçün  Elektron resursların yaradılması şöbəsinin hazırladığı tam mətnli sənədlərin və elektron daşıyıcıların, Not nəşrləri  və səsyazmaları şöbəsindən alınan əlyazma notların, Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan ədəbiyyatın və kitabxananın fondunda olan ədəbiyyatın maşınla oxuma formasında elektron kataloqunun yaradılması işini həyata keçirir. 

Vəzifələri

• Ədəbiyyatın biblioqrafik yazılarının tərtib edilməsi;
• Ədəbiyyata KBT cədvəlləri üzrə indeks və Azərbaycan Milli Kitabxanasının (AMK) predmet rubrikalarının verilməsiı;
• Biblioqrafik yazılarının redaktəsi;
• Tərtib olunmuş biblioqrafik yazıların məlumat bazasına daxil edilməsi;
• LDMS proqramı vasitəsilə ənənəvi kartoçkaların printerdən çıxardılıb redaktə edilməsi;
• Fərdi müəllif adlarının Nüfuzlu / normativ fayllarınnın yaradılması və redaktə edilməsi;
• Biblioqrafik yazılarda predmet rubrikalarının redaktəsi;
• Məlumat bazasında avtoreferat və dissertasiyaların biblioqrafik yazılarının redaktəsi.

Şöbə bir neçə istiqamətdə ədəbiyyat qəbul edərək biblioqrafik yazıları tərtib edib, məlumat bazasına daxil edir:

• Kitabxanaya daxil olan Azərbaycan və rus dillərində olan cari ədəbiyyat;
• Azərbaycan ədəbiyyatının arxivi şöbəsindən rus dilində olan ədəbiyyat;
• Elektron resursların yaradılması şöbəsindən şöbənin hazırladığı tam mətnli sənədlərin və elektron daşıyıcıların biblioqrafik yazılarının tərtib edilməsi üçün kitabxananın fondunda olan ədəbiyyat.
• Not nəşrləri və səsyazmaları şöbəsindən alınan əlyazma notlar.

Şöbə məlumatlar bazasına ədəbiyyatın aşağıdakı növlərini daxil edir: 

• Monoqrafiyaları;
• Monoqrafik seriyaları;
• Dissertasiyaları;
• Dissertasiyaların avtoreferatlarını;
• Kartoqrafiya materiallarını;
• Not-musiqi nəşrlərini;
• Elektron resursları.

Fəaliyyətinin əsas istiqamətləri

Şöbə elektron kataloqda biblioqrafik yazıları VTLS sistemində VİRTUA proqram təminatında, MARC 21 formatında təqdim edir. Məlumatlar bazası yaradıldıqda ən yeni biblioqrafik nəşrlərdən istifadə olunur ki, bu da təsvirin tam dolğun şəkildə aparılmasına imkan verir. Biblioqrafik yazılar AACR 2-yə uyğun 2013-cü ildə təsdiq olunmuş Milli Standart olan vahid  biblioqrafik təsvir qaydası əsasında tərtib olunur.Biblioqrafik yazılar əsas biblioqrafik məlumatları: adlar başlığını, təşkilatların adlarını və unifikasiya sərlövhələrini, nəşr haqqında məlumatları, buraxılış məlumatlarını, fiziki xüsusiyyətləri, həmçinin elmi kitabxanalar üçün KBT cədvəllərinin tam nəşrinin təsnifat indekslərini və Azərbaycan Milli Kitabxanasının (AMK) predmet rubrikalarını, İSBN–i, qiymətini, tirajını və bundan əlavə nüsxələrin sayı və həmin nüsxələrin yerləşdiyi yer haqqında kodlaşdırılmış məlumatları, tam mətnli sənədlər haqqında məlumatı və unvanı da biblioqrafik təsvirə ehtiva edərək, elektron kataloq vasitəsilə oxucu sorğusuna tam və dolğun şəkildə cavab verir.