Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

ELEKTRON DİSSERTASİYA FONDUNUN TƏŞKİLİ VƏ ONDAN İSTİFADƏ ŞÖBƏSİ

Şöbə  müdiri: Hüseynova Gülər Elçin qızı
Tel.: (+994 12) 498 88 52
E-mail: e_dissertasiya@anl.az

Şöbə haqqında ümumi məlumat

Elektron dissertasiya fondunun təşkili və ondan istifadə  şöbəsi 2009-cu ilin yanvar ayından  şöbə  kimi fəaliyyət göstərir. Şöbədə1991-ci ildən etibarən Azərbaycanda müdafiə edilmiş dissertasiyalar mühafizə olunur. Hal-hazırda şöbədə 12 970 dissertasiya vardır ki, bunların 7987 nüsxəsi Azərbaycan dilində,  4916 nüsxəsi rus dilində, 67 nüsxəsi isə xarici dildə olan dissertasiyalardır.  
Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanası arasında imzalanmış Müqaviləyə əsasən Rusiya Dövlət Kitabxanasının Elektron Dissertasiya Fondunun virtual oxu zalına birbaşa giriş mümkündür.
Şöbənin fondunda mövcud olan dissertasiyaların tammətnli elektron versiyasının hazırlanması və lokal şəbəkədə yerləşdirilməsi prosesi davam edir. Hal-hazırda elektron bazamızda 11 773 nüsxədən çox tammətnli dissertasiya və aftoreferat oxucularımızın istifadəsindədir.

Vəzifələri

  • Azərbaycanda müdafiə edilən dissertasiyaları mühafizə etmək və oxuculara xidmət göstərmək;

  • Oxuculara yerli dissertasiyalarla yanaşı eyni zamanda Rusiya Dövlət Kitabxanasının dissertasiya və aftoreferatlarının tammətnli elektron bazasından virtual xidmət göstərmək;

  • Milli Kitabxananın fondunda mühafizə olunan dissertasiya və aftoreferatların elektron bazasının yaradılması prosesini həyata keçirmək;

  • Yaradılan tammətnli dissertasiya və aftoreferatların elektron bazası vasitəsi ilə oxuculara xidmət göstərmək.

Fəaliyyətinin əsas istiqamətləri

  • Azərbaycanda müdafiə edilən dissertasiyaların mühafizəsi, elektron daşıyıcılara köçürülməsi və oxuculara çatdırılması;

  • Rusiya Dövlət Kitabxanasının dissertasiya və aftoreferatlarının tammətnli elektron bazasını oxucuların istifadəsinə vermək;

  • İstifadəçilər üçün məlumatın əldə edilməsini təkmilləşdirmək;

  • Dünya kitabxanalarının qabaqcıl iş təcrübələrini öyrənib tətbiq etmək.