Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

KİTABXANAŞÜNASLIQ ELMİ-TƏDQİQAT ŞÖBƏSİ

Şöbə müdiri: Hacıyeva Aygün Zahid qızı
E-mail:
 elmi_tedqiqat@anl.az 

Şöbə haqqında ümumi məlumat:

Elmi-tədqiqat şöbəsi öz fəaliyyətinə 1975-ci ildə başlamışdır. Şöbə tərəfindən 1975-1990-cı illər ərzində kitabxana sahəsinin bir çox məsələlərini araşdırmaq məqsədi ilə “Azərbaycan kəndinin həyatında kitab və mütaliə”, “Kütləvi kitabxanalarda oxucu sorğusu və mütaliə dinamikasi”, “Azərbaycan ədəbiyyatına maraq və ondan istifadə” və s. mövzularda, 1990-2000-ci illərdə isə əsasən Milli Kitabxana ilə bağlı “M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında müasir dövrdə baş verən yeniliklər və həmkarlarımızın öz peşəsinə münasibəti”, “Azərbaycanın böyük və kiçik kitabxanaları”, “M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının təsis olunmasinin 80 illiyi” adlı tədqiqatlar aparılmışdır.

2006-ci ildə şöbənin adı dəyişdirilərək “Kitabxanaşünaslıq elmi-tədqiqat” şöbəsi adlandırılmışdır.

Şöbə kitabxana daxilində “Oxucu günü” təşkil edir, oxucuların informasiya tələbatının ödənilməsi səviyyəsini, onlara kitabxana-informasiya xidmətinin keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə mütəmadi olaraq sosioloji sorğular təşkil edir və sorğuların nəticələri əsasında araşdırma aparılaraq, istifadəçilərə informasiya xidmətinin keyfiyyəti dəyərləndirilir. Məsələn, “Biblioqrafların xidməti”, “Kitabxanaçıların rəftarı”, “Sifarişlərin gec gəlməsi”, “Kitabxana oxucuların gözü ilə”, “Elektron məlumat bazaları”, “Milli Kitabxanamız bu gün”, “Milli Kitabxananın elektron resursları”, “İstifadəçilərə informasiya xidməti səviyyəsi”, “Kitabxanaçının ünsiyyət mədəniyyəti” və s.

Şöbə tərəfindən kitabxana işinin müxtəlif istiqamətlərində araşdırmalar aparılaraq nəticələri elmi məqalə və məruzə şəklində həm yerli, həm xarici dövri elmi nəşrlərdə və konfrans materiallraında dərc edilir.

Vəzifələri

  • Respublikada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq məsələləri üzrə elmi-tədqiqat işini həyata keçirmək.

Fəaliyyət istiqamətləri

  • Kitabxana-informasiya sahəsini araşdırmaq məqsədi ilə sosioloji sorğular təşkil və tətbiq edir.

  • Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq məsələlərinə dair materiallar məcmuəsi - “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”ni hazırlayır və nəşr edir.

  • Tədqiqat işi və iş planı Elmi Şurada müzakirə edilərək, Şuranın təsdiqindən sonra tədqiqat işi təcrübədə tətbiqə keçirilir.

  • Aparılan tədqiqatların nəticələri məlumat kitabı şəklində çap edilir.