Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

ŞÖBƏLƏR

AZƏRBAYCAN ƏDƏBİYYATININ ARXİVİ ŞÖBƏSİ

Şöbə müdiri: Əliyeva Almaz Xəlil qızı
Tel.: (994 12) 493 94 21
E-mail: arxiv@anl.az 

Şöbə haqqında ümumi məlumat

Azərbaycan ədəbiyyatının arxivi şöbəsi 1947-ci ildən fəaliyyət göstərir. Şöbədə 1831-ci ildən bu günə qədər nəşr olunan, kitabxanaya daxil olan bütün elm sahələri üzrə kitablardan bir nüsxə təxminən 107 min; 1875-1928-ci illərdə nəşr edilmiş 43 adda qəzet; 1906-cı ildən bu günə qədər 475 addan çox Azərbaycan dilində və 33 adda  rus dilində jurnal;  1174 nüsxə elmi əsərlər; 2031 ədəd mikrofilm (kitab, jurnal və qəzet) qorunub saxlanılır. 2006-cı ildən Azərbaycanda nəşr olunan rus dilində ədəbiyyat şöbəyə verilməyə başlamışdır. .

Şöbədəki ədəbiyyat daşbasma, əski əlifba, köhnə latın, kiril və müasir  latın qrafikasındadır. 
Fondda məzmun və tarixilik baxımından bir sıra qiymətli, xüsusilə, nadir nüsxələr öz əksini tapır. Şöbənin fondunda xəritələr,  böyük formatlı kitablar, mini kitablar  qorunub saxlanılır (həm rus, həm də Azərbaycan dilində).
Azərbaycan ədəbiyyatı tam olaraq elekton kataloqda öz əksini tapır.

 Vəzifələri

  • Mədəni irsimizi qoruyub saxlamaq, fondu daima zənginləşdirmək və oxuculara xidmət göstərmək.

Fəaliyyət istiqamətləri

  • Nəşr yerindən, nəşr ilindən və əlifbasından asılı olmayaraq, Azərbaycan dilində və eyni zamanda Azərbaycana aid rus dilində bütün ədəbiyyatın əslini, surətini, fotosurətini, mikrofilmlərini toplayır və oxucuların istifadəsinə verir. Şobədə oxu zalı fəaliyyət göstərir.

  • Şöbədə ədəbiyyat əlifba (2013-cü ilə qədər) və xronoloji kataloqlarda öz əksini tapır. Kitablar xronoloji, qəzet və jurnallar əlifba, elmi əsərlər inventar nömrəsi ilə düzülür.