 |
|
|
|
Dövri mətbuat
zalı
Dövri mətbuat zalında 67 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4 illik jurnal və 5 illik qəzetlər saxlanılır. Bölməyə il ərzində 236 adda qəzet, 125 adda jurnal Azərbaycan dilində, 22 adda qəzet, 20 adda jurnal rus dilində alınır. Dövri mətbuat zalı bütün cür oxucu qruplarına xidmət edir.
|
Tələbə gənclərə
xidmət zalı
Tələbə gənclərə xidmət zalında 185 oxucu yeri var. Buraya ədəbiyyat əsas etibarilə Kitab fondlarının mühafizəsi şöbəsindən alınır. Oxucu qrupları əsasən universitet tələbələri, orta təhsillilər, fəhlələr, təqaüdçülər və s.-dən ibarətdir. Oxucular üçün ədəbiyyat 1 gün müddətinə saxlanılır.
|
Köməkçi fond
Köməkçi fond bölməsində 9537 nüsxə ədəbiyyat vardır. Bunlardan 4187 nüsxəsi Azərbaycan, 5350 nüsxəsi rus dilindədir. Fondda əlifba və sistemli kataloq təşkil olunmuşdur. Köməkçi fond hər yay mövsümündə yoxlanılır, yeni ədəbiyyat ilə komplektləşdirilir. Burada ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri vardır. Bu ədəbiyyatlar- fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb, texnika və s. sahələri əhatə edir. Burada əsasən ali məktəb tələbələrinə, gənclərə və digər oxucu qruplarına xidmət edilir. |
Elmi
zallar
Humanitar elmlər
zalı
Humanitar elmlər zalında 36 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4237 nüsxə ədəbiyyat oxucuların istifadəsinə verilmişdir. Bunların 2072 nüsxəsi Azərbaycan, 2165 nüsxəsi isə rus dilindədir. Zalda əlifba və sistemli kataloqlar var. Hər il zalın fondu yeni kitablarla zənginləşdirilir. Bu zal əsasən professorlara, elmlər doktorlarına, elmi işçilərə, ali savadlı oxucu qrupuna və s. xidmət edir. Kitabların çoxu tələbnamələr vasitəsi ilə Kitab fondlarının mühafizəsi şöbəsindən gəlir. Oxucuların vaxt itkisinin qarşısını almaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır. Bu zalda ensiklopediyalar açıq rəfdə yerləşdirilir.
|
|
Dəqiq və texniki elmlər zalı
Dəqiq və texniki elmlər zalında 22 oxucu yeri vardır. Bu zalda da yardımçı ədəbiyyat fondu mövcuddur. Fondda 1869 nüsxə ədəbiyyat toplanmışdır. Bunların 757 nüsxəsi Azərbaycan, 1112 nüsxəsi rus dilindədir. Əlifba və sistemli kataloqları var. Bu zalda tibb işçilərinə, texnika və dəqiq elmlər üzrə oxuculara xidmət olunur. Kitabların əksəriyyəti tələbnamələr vasitəsi ilə əsas fonddan alınır. Oxucuların vaxt itkisini aradan qaldırmaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır. |
|
Lokal
şəbəkədən istifadə üzrə oxu zalı
Lokal şəbəkədən istifadə
üzrə oxu zalı bölməsində daha çox oxucunun eyni zamanda
kitabxananın lokal şəbəkəsində elektron resurslardan
istifadə imkanları artmışdır. Bölmədə 24 kompyuter
vasitəsilə oxuculara xidmət göstərilir və onların
sorğuları tam şəkildə ödənilir. Zalda həmçinin 5 ədəd
planşet oxucuların istifadəsinə verilib.
|
Elektron informasiya
xidməti
Zalda oxucular internetdən istifadə etmək
hüququna malikdirlər.
|
Xarici ədəbiyyat oxu zalı
Xarici ədəbiyyat oxu zalında 20 nəfərlik oxucu yeri vardır. Burada müxtəlif dillərdə 2500 nüsxədən çox kitab, müxtəlif dillərdə qəzet və jurnallar saxlanılır. Zalda bütün dillər üzrə kitabların əlifba və sistemli kataloqu, dövri mətbuatın sistemli və əlifba kataloqu var. Xarici ədəbiyyat oxu zalında Azərbaycan xarici mətbuatda, yardımçı fond üçün kitabların əlifba və sistemli kataloqu var. Mütəmadi olaraq zalın yardımçı fondu dilçilik üzrə yeni ədəviyyatla yeniləşdirilir. Bu zal bütün oxucu qruplarına xidmət edir.
|
|
İnformasiya xidməti
İnformasiya xidməti şöbəsinin oxu zalında 8 oxucu yeri vardır. Onun geniş soraq və biblioqrafik nəşrlər fondu oxuculara səmərəli xidmət göstərir. Şöbənin fondu ensiklopediyalardan, məlumat biblioqrafik göstəricilərdən, salnamələrdən, lüğətlərdən, statistik göstəricilərdən və ixtisasa aid dövri mətbuatdan ibarətdir. Şöbədə 11966 nüsxə ədəbiyyat vardır. Bunların 564 nüsxəsi Azərbaycan dilində, 10640 nüsxəsi rus dilindədir. Şöbə bütün növ oxucu qruplarına xidmət edir, ənənəvi və elektorn kataloq, kartoteka vasitəsilə biblioqrafik xidmət göstərir.
|
Not nəşrləri
zalı
Hazırda not nəşrləri zalı 16 oxucu yerindən ibarətdir. Oxucuların istifadəsində 29586 nüsxə səsyazmaları, 6442 nüsxə Azərbaycan notları, 168929 nüsxə başqa dillərdə not əsərləri, 10500 nüsxə musiqi haqqında ədəbiyyat vardır (Azərbaycan və rus dillərində).
Daim zənginləşən musiqi fondunda 1970 nüsxə Azərbaycan bəstəkarlarının not əlyazmaları, habelə 2000 nüsxəyə yaxın Azərbaycan dramaturqlarının səhnə əsərlərinin (pyeslərinin) əlyazmaları da oxucunun istifadəsindədir.
Zalda musiqi fondunu əks etdirən ayrı-ayrılıqda not nəşrlərinin, səsyazmalarının, musiqi kitablarının oxucu əlifba və sistemli kataloqu, kartoteka sistemi mövcuddur.
Zalın əsas oxucu kontingenti Musiqi Akademiyasının, musiqi texnikumlarının, məktəblərinin tələbələri, musiqişünaslar, musiqi müəlimləri, bəstəkarlar, musiqi sahəsində çalışan elmi işçilər, aspirantlar və digər oxucu qruplarıdır
.
|
Azərbaycan
ədəbiyyatının arxivi zalı
Arxivlik funksiyasını daşıyan şöbədə 4 oxucu yeri vardır.
Fondda 77 min nüsxə ədəbiyyat qorunub saxlanılır. Bundan
əlavə, inqilabaqədərki (1875-ci ildən 1920-ci ilə qədər
təxminən 39 adda) qəzetlər, həmçinin 1906-cı ildən bu
günə qədər nəşr olunan jurnallar (təxminən 410 adda),
852 qəzet və jurnalın mikrofilmləri qorunub saxlanılır.
Hər il şöbənin fondu yeni ədəbiyyatlarla (jurnallarla)
zənginləşdirilir. 2004-cü ildən etibarən Azərbaycanda
nəşr olunan rus dilli ədəbiyyat qorunub saxlanması üçün
Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya (Kitab
Palatasından) şöbəyə verilir. Şöbənin fondu əlifba,
sistemli, xronoloji kataloqlarda öz əksini tapır.
Kitabxananın başqa şöbələrindən fərqli olaraq, bu
şöbə oxuculara xüsusi təliqə vasitəsilə xidmət edir.
Şöbədə alim, akademik, aspirant və elmi işçilər məşğul
olurlar. Bu oxucular XIX əsrin axırları, XX əsrin
əvvəllərində çap olunan ədəbiyyatla bərabər, müasir dövr
əsərlərindən də istifadə edirlər. Ümumi xidmətdən fərqli
olaraq, oxucuya birbaşa xidmət göstərilir.
|
Diyarşünaslıq elmi biblioqrafiya
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsində oxuculara xidmət üçün nəzərdə tutulan 12 nəfərlik oxu zalı fəaliyyət göstərir. Oxucu sorğularına cavab əsasən şöbədə olan “Azərbaycanşünaslıq” toplu kataloqu vasitəsilə həyata keçirilir. Bundan başqa oxucu sorğuları yazılı arayışlar arxivi, diyarşünaslığa dair köməkçi məlumat biblioqrafiya fondu, elmin bütün sahələrini geniş əks etdirən diyarşünaslıq xarakterli biblioqrafik vəsaitlər fondu vasitəsilə cavablandırılır. Oxu zalı bütün oxucu qruplarına xidmət edir. |
|
Sərgi
zalı. Konfrans zalı. Akt zalı
Zallarda əsasən kütləvi tədbirlər, kitab təqdimatları,
oxucu günləri, müəlliflərlə görüşlər, seminarlar,
konfraslar, sərgilər təşkil edilir. Tədbirlər bütün
oxucu qrupları üçün açıq olur.
|
Nadir kitablar və kitabxana muzeyi
Bütün oxucu qruplarına xidmət edir. Bölmədə Azərbaycanşünaslığa dair nəşr ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq 1920-ci ilə qədər ən qədim və nadir kitablar toplanmışdır. Muzeydə kitabxananın tarixini öz əks etdirən sənədlər, eksponatlar nümayiş olunur.
|
Elektron dissertasiya xidməti
Bütün növ oxucu qruplarına xidmət edir. Şöbədə 9583 dissertasiya
vardır və bunların 5621 nüsxəsi isə Azərbaycan dilində, 3962
nüsxəsi rus dilində olan dissertasiyalardır. Şöbədə həmçini
Rusiya Dövlət Kitabxanasının Elektron Dissertasiya Fondunun
virtual oxu zalı yaradılmışdır. Burada oxucular Rusiya Dövlət
kitabxanasının dissertasiya və aftoreferatlarının tam mətnli
elektron bazasından istifadə ütmək imkanına malikdirlər.
|
|
Depozitar ədəbiyyat
Depozitar
ədəbiyyat fondu 1900-1980- ci illəri əhatə etməklə 266
401 nüsxə ədəbiyyatı mühafizə edir. Bunların 250 882
nüsxəsi jurnal, 15 519 nüsxəsi isə kitablardan
ibarətdir. Fondda ədəbiyyat yalnız rus dilindədir. Bütün
növ oxucu qruplarına xidmət edir.
|
|
|
|
|