Kitab fondlarının formalaşdırılması şöbəsi

Şö
bə müdiri: İbrahimova Gülarə Aydın qızı

Tel: (994 12) 493 06 35

E-mail: kitab_fond@anl.az


Şö
bə haqqında ümumi məlumat

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Kitab fondlarının formalaşdırılması şöbəsi 1923-cü ildən kitabxana yaranandan fəaliyyət göstərir. 1925-ci ildən müxtəlif respublikaların kitab palatalarından məcburi nüsxələr almaqla fəaliyyətini genişləndirməyə başlayıb. Hal-hazırda şöbə Milli Kitabxana fondunu müxtəlif dillərdə dünya əhəmiyyətli universal profilli nəşrlərlə və digər məlumat daşıyıcıları ilə komplektləşdirir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr 611-1Q saylı fərmanı ilə təsdiq olunmuş “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə müvafiq olaraq Milli Kitabxanaya dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından pulsuz məcburi 4 nüsxə, respublikada nəşr olunan bütün qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə göndərilir. Komplektləşdirmə müxtəlif mənbələrdən kitabxana daxilində yaradılmış ayrı-ayrı yardımçı fondların əməkdaşları tərəfindən komplektləşdirmə şurası ilə birlikdə həyata keçirilir. Komplektləşdirmə mənbələri aşağıdakılardır.

Komplektləşdirmə mənbələri aşağıdakılardır.

  1. Respublika nəşriyyatları - (Məcburi nüsxələr)

  2. Ölkədaxili kitab mübadiləsi

  3. Beynəlxalq kitab mübadiləsi

  4. Respublika kitab mağazaları

  5. AAK

  6. Heydər Əliyev Fondu

  7. Abunə

  8. Hədiyyə

  9. Müxtəlif səfirliklər, beynəlxalq təşkilatlar, elmi-tədqiqat institutları və s.

 

2014-cü ilin yanvar ayının 1-nə olan məlumata görə Milli Kitabxananın fondu 4 560 301 nüsxədən ibarət olmuşdur. Onlardan 2 377 048 nüsxəsi kitab və kitabçalar, 2 183 253 nüsəxsi isə digər sənədlərdir


Strukturu

  • Ədəbiyyatın ilkin qeydiyyatı bölməsi

Bölmə müdiri:    Abdullayeva Kəmalə.

Baş kitabxanaçı:  İmanova Rəna

Böyük kitabxanaçı: Məmmədova Günel.

Böyük kitabxanaçı:  Axundova Səbinə.

  • Kitabxana fondunun uçotu bölməsi

Bölmə müdiri:  Abasova Lalə.

Böyük kitabxanaçı: Musayeva İlhamə.

Redaktor:  Səfərova Səidə.

  • Milli ədəbiyyatın komplektləşdirilməsi bölməsi

Bölmə müdiri:  Bağırova Səhrayə.

Böyük kitabxanaçı: Bağırova Səkinə.

  • Dövri mətbuat bölməsi

Bölmə müdiri:  Cabbarova  Ramilə.

Böyük kitabxanaçı: Süleymanova Səmərqə.

Böyük kitabxanaçı: Həmidova Qəndaf.

Kitabxanaçı:  İsmayılova Gülbəniz.

 

Vəzifələri

  • Fondu yeni ədəbiyyatla və əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək, alınan ədəbiyyatın ümumi və fərdi uçotunu aparmaq.

  • Daxil olmuş ədəbiyyatın dərhal qısa biblioqrafik yazı ilə elektron kataloq vasitəsi ilə oxucuların nəzərinə çatdırmaq.  Kitabxana saytının “Yeni ədəbiyyat” rubrikasında yeni ədəbiyyat haqqında  məlumatın verilməsi. Daxil olmuş dərgilərin də elektron kataloqa daxil edilməsi.

     

Fəaliyyət istiqamətləri

  • Çatışmayan ədəbiyyat müxtəlif kitabxanalardan, Respublika Əlyazmalar Fondundan, Rusiya Federasiyasının Milli Kitabxanasından və digər təşkilatlardan ümumi fondun və Azərbaycan ədəbiyyatının arxivi fondunun tamamlanması məqsədilə əldə edilir;

  • Komplektləşdirmə müxtəlif mənbələr vasitəsilə həyata keçirilir:

    • Məcburi (pulsuz) nüsxələr;

    • Mübadilə (respublika və beynəlxalq);

    • Hədiyyələr (ayrı-ayrı şəxslər, təşkilatlar, müəlliflər, səfirliklər);

    • Abunə;

    • Kitab ticarəti ilə məşğul olan təşkilatlar (kitab dükanları, kitabxana kollektoru və digər);

    • Elmi-tədqiqat institutları.

  • 1994-cü ildən kitabxana Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyyasından doktorluq və namizədlik dissertasiyalarını, habelə onların avtoreferatlarını alır;

Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı sərəncamı ilə klassiklərin latın əlifbasında çap olunan və kitabxanaya hədiyyə edilən kitabları ehtiyat fondu vasitəsilə komplektləşdirir; ·        Dövri mətbuat bölməsinə bu günə kimi 572 adda 1138 nüsxə dövri nəşrlər daxil olunmuşdur. Bunlardan: 58 adda Azərbaycan dilində, 89 adda rus dilində jurnal; 232 adda Azərbaycan dilində, 31 adda rus dilində qəzet; 35 adda Azərbaycan dilində, 51 adda rus dilində elmi əsərlər 31 adda rayon qəzeti alınmışdır;

Dövri mətbuat bölməsi eyni zamanda respublikadan kənarda çap olunan dövri mətbuatı da komplektləşdirir.

 

 


<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved