Kitabişləmə və êataloqlaşdırma şöbəsi

Şöbə müdiri: Məmmədli Səyyàrə Îruc qızı
Tel: (994 12) 4931806

E-mail: kitabisleme@anl.az


Şöbə haqqında ümumi məlumat:

Milli Kitabxananın Kitabişləmə və êataloqlaşdırma şöbəsi 1923-ci ildə yaradılmışdır. Şöbə yarandığı gündən 1947-ci ilə qədər komplektləşdirmə, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi məsələləri ilə kompleks şəkildə məşğul olmuşdur. 1941-ci ildən isə Kitabişləmə şöbəsinin əsasında 2 yeni şöbə - Komplektləşdirmə,  Kitabişləmə və êataloqlar şöbəsi təşkil edilmişdir.

1950-ci ildən Kitabişləmə və êataloqlaşdırma şöbəsi sistemli oxucu kataloqunu təşkil etməyə başlamışdır.

1957-58-ci illərdə ədəbiyyatın qrup halında işlənməsi bölməsi Kitabişləmə və êataloqlaşdırma şöbəsinin tərkibində yaradılmışdır.

1980-cı ildə şöbə tərkibində ədəbiyyatın qrup halında işlənməsi bölməsi qalmaqla Elmi sistemləşdirmə və Kitabişləmə kimi 2 şöbəyə ayrılmışr.

Strukturu

  • Ədəbiyyatın biblioqrafik təsviri bölməsi.

  •  Baş əlifba kataloqu bölməsi.

 Vəzifələri

Azərbaycan və rus dillərində olan ədəbiyyatınbiblioqrafik təsviri, əlifba kataloqunun tərtibi və müntəzəm olaraq şöbənin kataloq sisteminin elmi və texniki redaktəsini həyata keçirmək, 2004-cü ildən başlayaraq Azərbaycan ədəbiyyatı arxivi şöbəsinə Azərbaycanda nəşr olunan  rus dilində olan milli ədəbiyyatı işləyib təhvil vermək.

Ədəbiyyatın biblioqrafik təsviri bölməsində təsvir olunmuş ədəbiyyata çıxarılan kartoçkalar redaktə olunaraq düzülmək üçün aşağıdakı kataloqlara təhvil verilir:

  • Azərbaycan və rus dillərində olan müxtəlif növ ədəbiyyatın Baş Əlifba kataloquna;

  • Azərbaycan ədəbiyyatı arxivi şöbəsi kataloquna (ədəbiyyatla birgə);

  • Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi kataloquna (ədəbiyyatla birgə);

  • Nadir ədəbiyyat fondu kataloquna (ədəbiyyatla birgə);

  • Ədəbiyyatın elmi sistemləşdirmə şöbəsinin sistemli düzülüş üçün dissertasiya və avtoreferat  kataloquna;

  • Azərbaycan və rus dillərində olan avtoreferat və dissertasiyanın baş əlifba kataloquna;

  • Ədəbiyyatın Baş əlifba kataloquna

Fəaliyyət istiqamətləri

  • Baş əlifba kataloqu daxili xidmət üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan və rus dillərində olan bütün növ ədəbiyyat kartoçkaları öz əksini tapmışdır. Oxucu Baş əlifba kataloqundan daha düzgün və dolğun cavab tapmaq üçün istifadə edir.

  • Oxucu-əlifba kataloqu 1938-ci ildə yaradılıb. Hazırda 1950-ci ildən 1913-cü ilə qədər olan ədəbiyyatın kartoçkalarını özündə əks etdirir.

  • Avtoreferatların əlifba kataloqu əsasən daxili xidmət kataloqudur və avtoreferatların 1974-cü ilin sonlarında, yəni avtoreferatların müntəzəm daxil olduğu vaxtdan təşkil olunmuşdur. Buna qədər tək-tək hallarda kitabxanaya daxil olan avtoreferatlar həmin kataloqda öz əksini tapmışdır.

  • Dissertasiya kataloqu 1994-cü ildə şöbəyə dissertasiyalar daxil olduğu vaxtdan təşkil olunmuşdur.

  • Sistemli şifrədən formata keçirilən ədəbiyyatın işlənməsi Baş və oxucu-əlifba kataloqlarında,  arxiv ədəbiyyatı kartoçkalarına dublet nömrələrinin qeyd edilməsi işi isə Baş əlifba kataloqunda həyata keçirilir.

 

 << Geri

 
National Library of Azerbaijan © All Rights Reserved