Oxuculara xidmət şöbəsi
Şöbə müdiri: İsmayılova Ədibə İmaş qızı
Tel: (99412) 493 83 09
E-mail:
oxucu_xidmet@anl.az
Şöbə haqqında ümumi məlumat
Oxuculara xidmət şöbəsi 1923-cü ildə kitabxanada Qiraət zalı
kimi fəaliyyətə başlamışdır. 1928-ci ildən müstəqil şöbə kimi öz
işini davam etdirir.
Oxuculara xidmət şöbəsi kitabxanaya müraciət edən oxuculara
xidmətin 80%-ni həyata keçirir. Şöbənin oxu zalları bir ildə
150-160 min oxucu qəbul edə bilir.
2012-ci ildə kitabxanaya 36360 nəfər oxucu üzv olmuşdur, il
ərzində 138641 nəfər oxucuya xidmət edilmişdir .
Oxuculara xidmət
şöbəsi
oxuculara
dövri mətbuat,
tələbə gənclərə xidmət,
humanitar,
dəqiq və texniki elmlər
zallarında, elektron resurslardan istifadənin təşkili
və lokal şəbəkədən istifadə üçün oxu zalı bölmələrində
xidməti
həyata keçirir.
Strukturu
Vəzifələri
-
Kitabxanaya üzv olan bütün oxuculara tələbə gənclərə xidmət
zalında, sahəvi və dövri mətbuat zallarında, elektron
resurslardan istifadənin təşkili və lokal şəbəkədən istifadə
üçün oxu zalı bölmələrində elmin bütün sahələri üzrə xidmət
göstərmək.
Fəaliyyət istiqamətləri
-
Oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu
qrupları üzrə xidməti həyata keçirir;
-
Yardımçı ədəbiyyat fondlarının komplektləşdirməsində iştirak
edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir;
-
Zallarda ardıcıl olaraq yeni alınmış ədəbiyyat, eləcə də
əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat
sərgiləri təşkil edir .
Dövri mətbuat zalı
Dövri
mətbuat zalında 67 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4
illik jurnal və 5 illik qəzetlər saxlanılır. Bölməyə il ərzində
Azərbaycan dilində 236 adda qəzet, 125 adda jurnal, rus dilində
22 adda qəzet, 20 adda jurnal alınır. Dövri mətbuat zalından
kimliyindən asılı olmayaraq hər cür oxucu qrupları istifadə
edir.
Tələbə gənclərə xidmət zalı
Tələbə gənclərə xidmət zalında 185 oxucu yeri var. Buraya
ədəbiyyat əsas etibarilə Kitab fondlarının mühafizəsi şöbəsindən
alınır. Oxucu qrupları əsasən universitet tələbələri, orta
təhsillilər, fəhlələr, təqaüdçülər və s.-dən ibarətdir.
Ədəbiyyat oxucular üçün 1 gün müddətində saxlanılır.
Köməkçi fond
Köməkçi fond bölməsində 9537 nüsxə ədəbiyyat vardır. Bunlardan
4187 nüsxəsi Azərbaycan, 5350 nüsxəsi rus dilindədir. Fondda
əlifba və sistemli kataloq təşkil olunmuşdur. Köməkçi fond hər
yay mövsümündə yoxlanılır, istifadəsi azalmış kitablar fonda
qaytarılır, yeniləri ilə əvəz olunur. Burada ensiklopediyalar,
lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat
növləri vardır. Bu ədəbiyyatlar- fəlsəfə, tarix, ədəbiyyat,
iqtisadiyyat, hüquq, tibb, texnika və s. sahələri əhatə edir.
Burada əsasən ali məktəb tələbələrinə, gənclərə və digər oxucu
qruplarına xidmət edilir.
Elmi zallar
Humanitar elmlər zalı
Humanitar elmlər zalında 36 oxucu yeri vardır. Zalın yardımçı
fondunda 4237 nüsxə ədəbiyyat oxucuların istifadəsinə
verilmişdir. Bunların 2072 nüsxəsi Azərbaycan, 2165 nüsxəsi isə
rus dilindədir. Zalda əlifba və sistemli kataloqlar var. Hər il
zalın fondu yeni kitablarla zənginləşdirilir. Bu zal əsasən
professorlara, elmlər doktorlarına, elmi işçilərə, ali savadlı
oxucu qrupuna və s. xidmət edir. Kitabların çoxu tələbnamələr
vasitəsi ilə Kitab fondlarının mühafizəsi şöbəsindən gəlir.
Oxucuların vaxt itkisinin qarşısını almaq üçün sifarişlər 5 gün
müddətində rəflərdə saxlanılır. Bu zalda ensiklopediyalar və
illiklər açıq rəfdə yerləşdirilir.
Dəqiq və texniki elmlər zalı
Dəqiq və texniki elmlər zalında 22 oxucu yeri vardır. Bu zalda
da yardımçı ədəbiyyat fondu mövcuddur. Fondda 1869 nüsxə
ədəbiyyat toplanmışdır. Bunların 757 nüsxəsi Azərbaycan, 1112
nüsxəsi rus dilindədir. Əlifba və sistemli kataloqları var. Bu
zalda tibb işçilərinə, texnika və dəqiq elmlər üzrə oxuculara
xidmət olunur. Kitabların əksəriyyəti tələbnamələr vasitəsi ilə
əsas fonddan alınır. Oxucuların vaxt itkisini aradan qaldırmaq
üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır.
Elektron resurslardan istifadənin təşkili
Bölmədə oxucu sorğusu əsasında ən çox istifadə olunan
kitabların, dövri mətbuatın, dissertasiyaların elektron
versiyaları yaradılır və surəti çıxarılır. Elektron versiyaların
yaradılması rəqəmli fotoaparatlar vasitəsilə yerinə yetirilir.
İstənilən ədəbiyyatın lazım olan səhifələri rəqəmli
fotoaparatlar vasitəsilə çəkilir, işlənir, çap edilərək oxucuya
verilir. Sonra həmin ədəbiyyatın tam elektron versiyası
yaradılır və kitabxananın lokal kompyuter şəbəkəsinə daxil
edilir.
Lokal şəbəkədən istifadə üzrə oxu zalı
Lokal şəbəkədən istifadə üzrə oxu zalı bölməsində daha çox
oxucunun eyni zamanda kitabxananın lokal şəbəkəsində elektron
resurslardan istifadə imkanları artmışdır. Bölmədə 24 kompyuter
vasitəsilə oxuculara xidmət göstərilir və onların sorğuları tam
şəkildə ödənilir.
Zalda 5 ədəd planşet oxucuların
istifadəsinə verilib.