Elektron informasiya xidməti və kitabxanalararası abonement şöbəsi
Şöbənin müdiri:Mirəhmədova
Şahnaz Dərdail qızı E-mail:orders@anl.az
Şöbə haqqında
ümumi məlumat
Kitabxanada 2000-ci ildə Avrasiya fondunun maliyyə dəstəyi ilə İNTERNET zal fəaliyyətə başlamışdır. Layihə çərçivəsində fəaliyyət göstərən zal 2006-cı ilin fevral ayından müstəqil Elektron informasiya xidməti şöbəsi kimi öz işini davam etdirir.
2008-ci ilin mart ayından oxuculara xidməti yaxşılaşdırmaq məqsədi ilə “Məsafədən sifariş” (Virtual) bölməsinin fəaliyyət göstərir. Kitabxananın saytına
www.anl.az daxil olmaqla bölmə haqqında məlumat almaq olar.
2010-ci ilin mart ayından etibarən kitabxanada olmayan ədəbiyyat Rusiya Dövlət kitabxanasından KAA (kitabxanalararsaı abonement) bölməsi vasitəsilə sifarişlə alınır.
Kitabxanalararası abonement bölməsindən kitabxananın işçiləri, Bakı, Sumqayıt, Abşeron rayon MKS-ləri və digər kitabxanalar istifadə edə bilər.
Vəzifələri
Oxuculara məsafədən sifarişi (Virtual) qısa zamanda yerinə yetirmək;
Rusiya Dövlət kitabxanası ilə əlaqələri daha da genişləndirmək (kitab, dissertasiya sahəsində).
Fəaliyyət istiqamətləri
KAA (kitabxanalararası abonement) bölməsinə Sumqayıt şəhər və Abşeron MKS-nin kitabxanalarını cəlb etmək və kitablarla təmin etmək;
Oxucuları informasiya ilə təmin etmək üçün yeni xidmət növlərinin araşdırılması və istifadəçilər üçün məlumatın əldə edilməsinin təkmilləşdirilməsi.
lməsi.