2009-cu ilin yanvar ayından “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” şöbəsi müstəqil struktur kimi fəaliyyət göstərir. Şöbədə1993-ci ildən bu günə kimi Azərbaycanda müdafiə edilmiş dissertasiyalar mühafizə olunur. Hal-hazırda şöbədə 9583 dissertasiya vardır və bunların 3962 nüsxəsi rus dilində, 5621 nüsxəsi isə Azərbaycan dilində olan dissertasiyalardır. Şöbədə həmçini internet vasitəsilə Rusiya Dövlət Milli Kitabxanasının Elektron Dissertasiya Fondunun virtual oxu zalına birbaşa giriş mümkündür.
Oxuculra həmçinin virtual xidmət göstərilməsi üçün şöbənin fondunda olan dissertasiyaların tam mətnli elektron versiyasının hazırlanması və lokal şəbəkədə yerləşdirilməsi prosesi davam edir. Hal-hazırda elektron bazamızda 5000 nüsxədən cox tam mətnli dissertasiya və aftoreferat oxucularımızın istifadəsindədir.
Vəzifələri
Azərbaycanda müdafiə edilən dissertasiyaları mühafizə etmək və oxuculara xidmət göstərmək;
Oxuculara yerli dissertasiyalarla yanaşı eyni zamanda Rusiya Dövlət Milli kitabxanasının dissertasiya və aftoreferatlarının tam mətnli elektron bazasından virtual xidmət göstərmək;
Milli Kitabxana fondunda saxlanılan dissertasiya və aftoreferatların elektron bazasının yaradılması prosesini həyata keçirmək;
Yaradılan tam mətnli dissertasiya və aftoreferatların elektron bazası vasitəsi ilə oxuculara xidmət göstərmək.
Fəaliyyətinin əsas istiqamətləri
Azərbaycanda müdafiə edilən dissertasiyaların mühafizəsi, elektron daşıyıcılara köçürülməsi və oxuculara çatdırılması;
Rusiya Dövlət kitabxanasının dissertasiya və aftoreferatlarının tam mətnli elektron bazasını oxucuların istifadəsinə vermək;
İstifadəçilər üçün məlumatın əldə edilməsini təkmilləşdirmək;
Dünya kitabxanalarının qabaqcıl iş təcrübələrini öyrənib tətbiq etmək.