Elektron resurslarının yaradılması şöbəsi

 

Şöbə müdiri: Səfərova Rübabə Şəfi qızı

Tel: (994 12) 598 48 69

E-mail: e_kitabxana@anl.az

 

 Şöbə haqqında ümumi məlumat

 

Elektron resurslarının yaradılması şöbəsi müəllif hüquqlarının qorunması qanunlarını rəhbər tutaraq kitabxana avtomatlaşdırma sisteminin imkanlarından istifadə etməklə əsası 2006-cı ildən qoyulmuş Elektron Kitabxananın (Azərbaycan, rus və ingilis dillərində) bazalarının zənginləşdirilməsi, yeni elektron məlumat bazalarının yaradılması işlərini həyata keçirir. Həmçinin şöbə hesablama texnalogiyaları və informasiya şəbəkələri - İnternet və İntranet vasitəsilə dünya və Azərbaycan elm və mədəniyyətinin müxtəlif sahələrinin nailiyyətlərinin təbliği və informasiya təminatını təmin etmək işini həyata keçirir.

 

Şöbənin strukturu

 

Şöbədə üç bölmə var:

  • Mətnlərin rəqəmsallaşdırılması bölməsi;

  • Kitabların elektron bazasının yaradılması bölməsi;

  • Dövri və ardı davam edən nəşrlərin elektron bazasının yaradılması bölməsi.

 Şöbənin əsas vəzifələri

  • Milli Kitabxananın fonduna daxil olan tammətinli nəşrlərin, əlyazmaların, dövri və ardı davam edən nəşrlərin və s. mühafizəsini təmin etmək, ədəbiyyat qıtlığını aradan qaldırmaq və oxucuya xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə bu nəşrlərin tammətinli elektron resurslarının - elektron bazalarının yaradılması;

  • Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş resursların, həmçinin görkəmli şəxsiyyətlərin, klassiklərimizin yubileyləri münasibəti ilə onların həyat və yaradıcılığını əks etdirən resursların yaradılması, toplanması və elektron məlumat bazalarının yaradılması və zənginləşdirilməsi;

  • Yaradılmış tammətinli resursları oxucuların istifadəsinə təqdim etmək üçün həmin resursların İnternet və İntranetin Azərbaycan, rus və ingilis dilli Elektron kitabxanalarında və digər elektron məlumat bazalarında yerləşdirilməsi

 

Şöbənin əsas fəaliyyət istiqamətləri

  • Rəqəmsal aparatlar, robot-skaner və müvafiq proqramlar vasitəsilə nəşrlərin tammətnli elektron resurslarını işləyib hazırlamaq;

  • Hazırlanmış tammətinli resursları redaktə etmək;

  • Bu resursları oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə İnternet və İntranetə ötürmək və həmin resurslara interfeys “giriş” imkanı yaratmaq

 

<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved