
Kitabxanaların metodik təminatı şöbəsi
Şöbə müdiri:
Abdullayeva Adilə
Tarıyel
qızı
E-mail:
metodik@anl.az
Şöbə haqqında ümumi məlumat
XX əsrin 20-ci illərinin sonundan başlayaraq Milli Kitabxananın metodik fəaliyyəti tədricən yaranmağa başlamışdır. Bu işin ilk komponentləri 1929-cu ildə SSRİ-də, o cümlədən Azərbaycanda kitabõana yürüşünün başlanması ilə əlaqədar idi. Kitabõana hələ 1929-cu ilin oktyabr ayında rayon kitabõanalarına metodik köməklik göstərmək məqsədilə geniş iş proqramı hazırlayıb həyata keçirməyə başlamışdı. Metodik fəaliyyətin tədricən formalaşması və bu işin təşkilati baõımdan əsası isə 1936-cı ildə kitabõananın nəzdində Kitabõanaşünaslıq kabinəsinin yaranması ilə qoyulmuşdu. Beləliklə, kitabõanaların metodik təminat sistemi təkmilləşmiş, respublikanın şəhər, rayon və kənd kitabõanalarına gedişlər artmış, yerlərdə həyata keçirilən tədbirlər təkmilləşmiş, tərtib edilən metodik tövsiyələrin, məktubların sayı artmışdı. Lakin 1939-cu ildə Kitabxanaşünaslıq kabineti respublikanın Xalq Maarif Komissarlığına verilmiş, 1948-ci ildə M.F.Axundov adına Milli Kitabxanada yenidən kitabxanaşünaslıq və tövsiyə biblioqrafiyası kabineti yaradılmış və şöbənin əsasnaməsi təsdiq edilmişdir. Bu müstəqil metodik şöbənin yaranması üçün mühüm rol oynadı və 1960-cı ildə Elmi metodik kitabxanaşünaslıq şöbəsinin əsası qoyuldu. Həmin vaxtdan şöbə müxtəlif istiqamətlərdə öz funksiyasını yerinə yetirmişdir.
2011-ci ilin mart ayından etibarən şöbə Kitabxanaların metodik təminatı adı ilə fəaliyyət göstərir.
Vəzifələri
-
Kitabxana-informasiya sahəsində yeni texnologiyaların
tətbiqi və istifadəsi nəticəsində müasir
kitabxana-informasiya infrastrukturunun yaradılması,
istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin
dünya standartları səviyyəsinə çatdırılması, kitabxana
fondlarının zənginləşdirilməsi, elektron kitabxanaların
yaradılması, onların mühafizəsi və təhlükəsizliyinin təmin
edilməsi, əhalinin intellektual potensialının və bilik
səviyyəsinin inkişafı üçün şəraitin yaradılmasının təmin
edilməsi məqsədilə respublikada idarə tabeçiliyindən və
növündən asılı olmayaraq bütün kitabxanalara metodik mərkəz
kimi tövsiyələr vermək;
-
Rayon və şəhər kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması, kitabxana proseslərinin
avtomatlaşdırılması, elektron kitabxanaların və elektron
kataloqun yaradılması və onlardan istifadənin təşkili,
MKS-lərin saytının yaradılması barədə tövsiyələrin verilməsi
və xidmət prosesində İnternetin axtarış sistemlərindən
istifadəyə metodik köməklik göstərmək, qabaqcıl təcrübənin
region kitabxanaları arasında yayılmasını təmin etmək;
-
Milli Kitabxananın oxuculara təqdim etdiyi yeni xidmət
üsullarının yerlərdə təbliği və onlardan iş prosesində
istifadənin təşkilini həyata keçirəcək kadrların
hazırlanması məqsədilə treninqlər təşkil etmək;
-
Yeni texniki vasitələrin kitabxana işinə tətbiqi ilə
əlaqədar kitabxana işinin aktual problemlərinə, bu və ya
digər məsələlərinə dair metodik vəsaitləri, tövsiyələri
hazırlayıb nəşr etmək
Fəaliyyətinin əsas istiqamətləri
-
Milli Kitabxananın müvafiq şöbələrindən, respublikanın MKS-lərindən, Bakı şəhəri ərazisində yerləşən MKS-lərdən və bir sıra şəhər kitabxanalarından müraciət edən işçilərin yazılı
(metodik@anl.az ) və şifahi sorğularını yerinə yetirir və metodik köməklik göstərir;
-
Ezamiyyələr təşkil edib, yerlərdə kitabxana işçilərinə əyani təcrübi köməklik göstərir;
-
Metodik vəsaitlər və tövsiyələr hazırlayaraq, nəşr olunmuş vəsaitləri yerlərə çatdırır;
-
Yerlərdə rayonlararası zona-seminar müşavirələri keçirir;
-
Qabaqcıl kitabxanaların iş təcrübəsini öyrənib, digər kitabxanaların işinə tətbiq edilməsinə metodik köməklik göstərir
.
<<
Geri |