1962-ci ildən fəaliyyətə başlayan Nadir kitablar bölməsi
2013-cü ildən şöbə statusu alaraq Nadir kitablar və kitabxana
muzeyi şöbəsi kimi fəaliyyətə başlamışdır. Nadir kitablar və
kitabxana muzeyi şöbəsinin fondu 16 dildə təxminən 5000-ə yaxın
ədəbiyyata malikdir. Şöbədə1573-cü ildən bu günümüzədək nadir
kitab meyarına uyğun gələn nəşrlər saxlanılır.
Nadir kitablar və kitabxana muzeyi şöbəsində aşağıdakı
kolleksiyalar nümayiş etdirilir:
Ulu öndər H. Əliyevin 1995-97-ci illərdə kitabxanaya
gələrkən öz şəxsi kitabxanasından hədiyyə etdiyi kitablar.
H. Əliyev fondunun nəşr etdirdiyi poliqrafik cəhətdən nəfis
şəkildə tərtib edilmiş nəşrlər.
Kitab çapının ilk illərində nəşr edilmiş müxtəlif dillərdə
qədim ədəbiyyat.
Azərbaycan klassiklərinin daşbasma üsulu ilə nəşr edilmiş
əsərləri.
Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri.
Unikal nəşrlər.
Miniatür kitablar.
Kitabxananın 85 ilik və 90 illik yubileyi münasibəti ilə
müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar tərəfindən
verilmiş hədiyyələr.
Vəzifələri
Nadir kitablar və kitabxana muzeyi şöbəsinin əsas vəzifəsi elmi
dəyəri, tarixi əhəmiyyəti və nəşr tarixi baxımından qiymətli
hesab edilən ədəbiyyatı, eyni zamanda miniatür kitabları,
poliqrafik cəhətdən nəfis şəkildə tərtib edilmiş nəşrləri
toplamaq, mühafizə etmək və elmi ictimaiyyətin istifadəsinə
çatdırmaqdan ibarətdir. Nadir kitablar və kitabxana muzeyi
şöbəsinin fondu nəşr ilindən, nəşr yerindən və dilindən asılı
olmayaraq nadir kitab meyarına uyğun kitablardan bir nüsxə
komplektləşdirilir.
Fəaliyyət istiqamətləri
Nadir kitablar və kitabxana muzeyi şöbəsi fondunu nəşr
ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq nadir
kitab meyarına uyğun kitablardan bir nüsxə komplektləşdirir.
Şöbədə oxu zalı fəaliyyət göstərir.
Nadir nəşrlərlə bağlı oxucu sorğuları əyani və şifahi
cavablandırılır.
Şöbədə ədəbiyyat əlifba və sistemli kataloqlarda öz əksini
tapır. Kitablar inventar nömrəsi ilə düzülür.