Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi
ideoloqlarından biri yazıçı - şair Zori Balayan
"Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında
Xocalıda törətdikləri soyqırım haqqında yazır:
"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13
yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı
çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş
döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı
türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata
baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını
dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş
türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni
kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına
etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim
ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış
yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin
Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç
uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının
19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan
keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin
üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə
işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin
sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım
qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul
olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini
toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı.
Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış
təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda
gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır
yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə
aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam.
Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub
artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha
sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri
gəlirdi".
Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların
sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə
tikə-tikə doğranmışdır.
|