Hazırda Pirşağıdakı Xocalı
şəhər orta məktəbində müəllimə
işləyən Səidə Cəfərova da o müdhiş
gecənin canlı şahididir. Onun
dediklərindən:
- Fevralın 25-də axşama doğru
ermənilər Xocalını atəşə tutmağa
başladılar. Adəti üzrə atışma
düşəndə qadınlar, yaşlılar, uşaqlar
zirzəmilərə doluşurdular. Həmin
günün axşamı da atışma başlayanda üz
tutduq zirzəmiyə. Amma bir az
keçəndən sonra, - təxminən gecə saat
11 olardı, - dedilər ki, ermənilər
sovet ordusunun bölmələri ilə
birləşib şəhərə hücuma keçiblər, hər
tərəfdən tanklarla bizi mühasirəyə
alırlar. Məsləhət görüldü ki,
qadınlar, qocalar körpələri də
götürüb meşə ilə Ağdama tərəf
getsinlər. Zirzəmidən çıxıb
yanacaqdoldurma məntəqəsinin yanına
gəldik. Vəziyyət o qədər gərgin idi
ki, əynimizə palto, ayaqqabı geyməyə
macal tapmamışdıq. Xocalı camaatının
bir hissəsi yanacaqdoldurma
məntəqəsinin yanına yığılmışdı.
Ermənilərin hücumu getdikcə
şiddətlənirdi, şəhəri topa
tuturdular. Elə burdan meşə yolu ilə
Ağdam tərəfə üz tutduq. Camaat
dəstələrlə, necə gəldi, kor-koranə
gedirdi. Tərslikdən həmin gün möhkəm
şaxta idi. Ayağımda ayaqqabı
olmadığından ayaq barmaqlarımın ucu
sırsıra bağlamışdı. Əllərimi demək
olar ki, hiss etmirdim. Səhərə yaxın
birtəhər gəlib Xocalı ilə Ağdamın
arasında yerləşən Qarakənd kəndinin
yaxınlığına çatdıq. Elə burda
ermənilər camaatımızın qarşısını
kəsib, böyük əksəriyyətini qırdılar.
Şumluq olan bu ərazidə daldalanmağa,
güllədən gizlənməyə yer yox idi.
Məcbur olub qarda sürünə-sürünə
ərazini keçməyə başladıq. Amma hava
işıqlandığı üçün ermənilər adamları
görürdülər. Mənimlə bir yerdə
olanların bir hissəsi həlak oldu,
bir qismi isə yaralandı... Biz
Xocalını nisbətən tez tərk etmişdik.
Ona görə də alaqaranlıqda sağ
qalanlar oldu. Amma elələri vardı ki,
Xocalıdan bir qədər gec çıxmışdılar.
Ermənilər onların əksəriyyətini əsir
götürdülər. Əsir götürə
bilmədiklərini isə öldürdülər. Mən
də çiynimdən yaralandım. Al-qan
içində idim. Sürünə-sürünə bir xeyli
getdikdən sonra yolu tanıyanlar
dedilər ki, artıq Ağdamın Şelli
kəndinə çatmışıq. Ayağa qalxdıq. Bir
az da gələndən sonra gördük ki,
Şellidə çoxlu maşın dayanıb. Demə,
ermənilərin Xocalıya hücum etdiyi,
camaatı qırdığı barədə xəbər Ağdama
çatıbmış. Sağ qalan xocalılıların
hansı istiqamətdən gələ
biləcəklərini təxmini bildikləri
üçün Ağdam camaatı bura toplaşmışdı.
Sağ olsunlar, bütün yaralıları öz
maşınlarına mindirib Ağdam mərkəzi
xəstəxanasına çatdırdılar. Səhər
tezdən bütün həkimlər artıq işdə
idilər. Bizi palatalara
yerləşdirdilər. Kimisini əməliyyat
etdilər, kimisini də təcili Bakıya
yola saldılar. Gecə ikən ermənilər
Ağdamı da atəşə tutdular.
Mərmilərdən biri düz xəstəxanaya
düşdü. Məni və bir neçə yaralını
həkimlər öz maşınları ilə gətirib
qatara mindirdilər. Ordan da bizi
Bakıya yola saldılar. Bakıda 15 gün
xəstəxanada müalicə aldıqdan sonra
Pirşağıda yerləşdik.
Məhəmməd Orucov:
- Şəhərə hücum başlananda 16 yaşlı
oğlum Xaqani evə girib məni,
qızlarım Leylanı və Aybənizi, 2
yaşlı nəvələrim Fuadı və Muradı
meşəyə qaçırdı. Əmimdən xəbərimiz
yox idi. 2 gün meşədə qarın-çovğunun
içində qalandan sonra ermənilər bizi
tutub Pircamala apardılar. Hamımızı
tövləyə saldılar. Tövlə əsirlərlə
dolu idi. Əmimi də burada gördüm.
Gözlərimiz qarşısında əmimi və
oğlumu möhkəm döydülər.
Sonra faşistlər əsirlər arasında
10-13-15 yaşlı qızları seçib
ayırdılar...Həyat yoldaşımı da bir
neçə nəfərlə Əsgərana aparıb
güllələdilər. Bundan sonra məni
buraxdılar, qızlarımı, oğlumu və
nəvələrimi isə əsir saxladılar.
XXI əsrdə əsir həyatı, bu
həyatın çəkilməz ağrıları və bu
ağrılarla həyatının 22 ilini artıq
geridə qoyan İNSAN. 8 gün erməni
əsirliyində qalmış Dürdanə Ağayeva:
Xocalı - arzuların doğulduğu və
öldürüldüyü məkan
- Mən o zaman Xocalı Rabitə
Qovşağında telefonçu işləyirdim. Bu
işə 1989-cu ildə təyin olunmuşdum.
Faciə baş verənə qədər sakinlərin
demək olar ki, hamısı şəhərdə idi.
Çünki hamı elə bilirdi ki, düşmən
tezliklə susdurulacaq və geri
oturdulacaq. Fevralın 25-də qızğın
döyüşlər gedirdi. Ona görə də heç
kim yatmamışdı. Topun, tankın
səsində qulaq tutulurdu. Gecəyə
doğru atəş səsləri daha kəskinləşdi
və şəhər gülləboran edilməyə başladı
və insanlar pərən-pərən düşdü.
«Yeganə əlaqə telefon və ratsiya ilə
mümkün idi»
Son günlər isə Bakı, Ağdam, Şuşa
istiqamətində yeganə əlaqəmiz
telefon və ratsiya ilə mümkün idi.
Gündə bir neçə dəfə, elə olurdu ki,
10-15 dəfə Bakıdan, Ağdamdan,
Şuşadan zəng edirdilər, xocalılara
təskinlik verirdilər. Həmin gecə də,
yəni fevralın 25-də də zəng edib
camaata təskinlik verdilər, üstəlik,
Əsgəran yolunun nəyin bahasına
olur-olsun açılacağını dedilər. Amma
görünən odur ki, bu, xocalılar üçün
sonuncu sözlər oldu».
“Alovlar içində inildəyən Xocalı”
Dürdanə xanım bildirir ki, gecəyarı
– daha da ağırlaşanda bir müddət
evlərin zirzəmilərində gizlənməli
olublar: - Gələn səslərdən
anlayırdıq ki, tanklarla, toplarla
evlərimizi dağıdırlar. Az keçməmiş
xəbər gətirdilər ki, artıq düşmən
Xocalı aeroportunu da işğal edib.
Aeroport da xocalıların yeganə çıxış
yolu idi. Çünki o zaman Xocalı
mühasirəyə alınmışdı. Bu xəbərdən
sonra zirzəmidə qalmağın mənasız
olduğunu başa düşdük. Ona görə də
saxlandığımız yerdən çıxıb şəhərdən
uzaqlaşmağa məcbur olduq. Təxminən
gecə saat 1-2 olardı. Hamı şəhəri
tərk edirdi.
Qarlı, şaxtalı qış gecəsində üzü
Qarqar çayına tərəf getdik. Hər
tərəfdə atışma getdiyindən və hər
yerdə qaniçən ermənilərin olduğunu
nəzərə alıb meşəyə girməli idik.
Bunun üçün də buz kimi suyu olan
çayı keçməli olduq. Bu zaman
insanlarımız suda islandı, sərt
şaxtanın altında donmalı oldular və
bir çoxları buna görə də bir qədər
irəlilədikdən sonra yollarına davam
edə bilmədilər. Çayı keçdikdən sonra
qarlı dağları aşıb Ağdama getmək
istəyirdik. Dağın başına qalxanda
çevrilib bir anlıq Xocalıya baxdım.
Son dəfə baxırdım. Gördüm ki,
Xocalım yanır. Sanki onunla bərabər
arzularım, dünənim, bu günüm də
yandı.
«Ana bətnində ikən güllələnən məsum
fəryadı»
Qarlı, buzlu, sürüşkən cığırlarla,
sıldırımlı, daş-kəsəkli dağ ətəyi
ilə getməyə məcbur idik. Çünki çay
boyunca hərəkət edə bilməzdik.
Əsgəran yolu düşmən tərəfdən
bağlanmışdı. Yeganə yol dağlardan
keçirdi. Elə bilirdik ki, o tərəfdə
düşmən görməyəcəyik. Lakin artıq
düşmən ən orta mövqe tutaraq tələ
qurmuşdu. Bizim getdiyimiz dəstə çox
böyük idi. Onların arasında
yaralılar da var idi. Amma havanın
soyuqluğu və çayı keçərkən
islanmağımız çoxlarını dondururdu,
ayaqlarımızı hiss etmirdik, elə
titrəyirdik ki, bir-birinə dəyən
dişlərimizin səsi açıq-aydın
eşidilirdi. Nə qədər ehtiyatla,
sakitcə getsək də, qayalardan,
uçurumlardan düşüb dünyasını
dəyişənlər də olurdu. Hava
işıqlaşmağa başlayanda biz Qara qaya
adlanan yerə yenicə çatmışdıq. Bir
də gördük ki, ermənilər bizə tərəf
atəş açmağa başladılar. Camaat
pərən-pərən düşdü, hərə vahimə
içərisində bir tərəfə qaçmağa
başladı. Biz də sürünə-sürünə
ərazidən uzaqlaşmaq istədik. Bu
zaman gördüm ki, yerdə açılmamış
güllələr var, onları da çantama
yığdım ki, əsgərlərə verərəm,
lazımları olar. Həmin anda ayağımda
istilik hiss etdim. Baxanda gördüm
ki, məni də güllə ilə vurublar,
yaralanmışam. Bir qədər süründükdən
sonra huşumu itirdim. Ayılanda
gördüm ki, camaatdan geri qalmışam.
Bir qədər tez-tez hərəkət etməyə
başladım. Bir qədər gedəndən sonra
hamilə bir qadını güllə ilə
qarnından vurdular. Qışqırıqlar
başladı. Sən demə, ermənilər bizi
görürmüşlər. Bir qədər sonra
qardaşımı da güllə ilə yaraladılar.
Sonra başımızın üstünü kəsdirdilər
və dedilər ki, sizi öldürməyəcəyik,
bizə sağ lazımsız. Bizi əsir alıb
Əsgərana gətirdilər. Burada erməni
qadınlar bizi daşa basmağa başladı.
Ətrafda çoxlu sayda silah, zirehli
maşınlar, toplar, tanklar, BTR
gördüm. Dəhşətə gəlmişdim, bu qədər
silaha qarşı bizim əsgərlər cəmi 1
BTR və 1 BMP ilə durmuşdu. Bizi
«pojarnı» deyilən binanın
kameralarına saldılar. Bura gələndə
gördüm ki, Xocalının demək olar ki,
sakinlərinin böyük bir hissəsini
əsir götürüblər. Bütün kameralar,
dəhlizlər xocalılarla, tanıdığım
insanlarla dolu idi. Sonra bizi
ayırmağa başladılar, qadınları bir,
kişiləri isə bir kameraya yığdılar.
Təxminən 40 qadın qalmışdıq.
«Qocalara və qadınlara məhəl
qoymadan vəhşicəsinə döyürdülər»
- Sonra başladılar qiymətli əşyaları
yığmağa. Kimin üstündə qızılı,
gümüşü var idisə, hamısını aldılar.
Çiblərimizi, çantalarımızı
yoxladılar. Nə var idisə, hamısını
vedrəyə yığdılar. Mənim çantamdan
isə güllələr çıxdı. Buna görə də
onları üzümə çırpıb öldürməklə
hədələdilər.
Axşam ermənilər gəlib uşaqlı
qadınların hamısını apardılar.
Sonradan dedilər ki, onları benzinin
əvəzində dəyişiblər. Kamerada 6-7
qadın qalmışdı. Səhərə yaxın içəri
girdilər bizi də aparmağa
başladılar. Mən qapının arxasında
gizləndim, içəri çox qaranlıq
olduğundan məni görmədilər. Hamını
aparandan sonra tək qaldım, hava tam
işıqlaşandan sonra gördüm ki,
palçığın içində oturmuşam.
Xocalı sakini, 33 yaşlı
Musayev Ramil Səlim oğlu
Onda mənim 13 yaşım var idi. 7-ci
sinifdə oxuyurdum
Bir hadisə də heç yadımdan çıxmır,
biz meşədə olanda bir məhsəti
qadının qucağında körpə bir uşaq
vardı. Uşaq aclıqdan, susuzluqdan,
soyuqdan hey ağlayırdı. Gözlərimin
önündə uşaq səs salmasın deyə ana öz
övladını sakitləşdirmək istədi. Bir
xeyli keçəndən sonra səs gəlmədiyini
görən ana körpəsini bağrına basdı.
Körpə ölmüşdü. Bu ara ermənilər
ananı da vurdular.
Ermənilər 12-13 nəfər əynində Milli
Ordu paltarında olan kişiləri
güllələdilər. Onların arasında X
sinifdə oxuyan Xaqani adında bir
oğlan da var idi. Sonra əlində tank
əleyhinə qumbara tutmuş Telmanı da
güllələdilər. Növbə mənə çatdı.
Ayaqlarımı soyundurdular. özüm də
güllə dəymiş sağ ayağımı, don
vurmuş, qaralmış barmaqlarımı
görəndə dəhşətə gəldim...
Hə, bu dözülməz vəziyyətə baxmayaraq
bircə-bircə ayaq dırnaqlarımı
kəlbətinlə çəkib-çıxartdılar.
Bağırtım göylərə bülənd olmuşdu...
Mirəş Əliyeva:
- Biz meşədə qara bata-bata
dolaşırdıq. Yolu keçəndə mənə güllə
dəydi. Yıxıldım və daha ayağa dura
bilmədim. Haradasa meşədən,
səngərdən tez-tez atəş açılırdı.
Əlif məndən yapışıb yolun qırağına
tullandı.
Meşədən açılan atəşlər bir müddət
ara verdi. Əlif (Xocalı aeroportunun
komandiri - A.A.) başını qaldırmadan
yolun o biri tərəfində uzanmış
qadınlara qışqırırdı ki, tez yolu
keçsinlər. Bu vaxt ərzində 20
nəfərədək qadın və uşaq yolu
keçmişdi. Əlif avtomatın darağını
dəyişməyə başlayanda ermənilər cavab
atəşi açdılar. Güllələrdən biri düz
Əlifin alnına dəydi.
Cəmil Məmmədov:
- Şəhərə girən tanklar və zirehli
transportyorlar evləri dağıdır və
adamları basıb keçirdilər. Rus
əsgərlərinin arxasınca erməni
yaraqlıları gedirdilər. 5 yaşlı
nəvəmi və 14 min manat pulumu
götürüb meşəyə tərəf qaçdım. Gecə
uşağın donmaması üçün paltarımı
çıxarıb onu bürüdüm. Lakin bu kömək
etmirdi. Qarı qazıb uşaqla birlikdə
onun içinə girməli olduq. Səhər
uşağın buna tab gətirməyəcəyini başa
düşüb yaxınlıqdakı Naxçıvanik erməni
kəndinə yollandım. Orada bizi
silahlı ermənilər qarşıladılar. Mən
onlara yalvarıb-yaxardım ki, pulu
götürsünlər və uşağın xatirinə bizi
Ağdama buraxsınlar. Cavabında məni
döydülər, söydülər və kəndin
komendantının yanına apardılar. O
əmr etdi ki, bizi pəyəyə salsınlar.
Pəyədə artıq azərbaycanlı qadınlar
və uşaqlar var idi. Pəyədə bizi 4
gün saxladılar, nə çörək, nə su
verdilər. 4 gün sonra məni nəvəmlə
Əsgəran rayonuna gətirəndə başımıza
elə oyun açdılar ki, Naxçıvanikdəki
pəyəni cənnət sandım. Erməni
muzdluları (mən erməni dilini
bilirəm və yerli ermənini gəlmə
ermənidən seçirəm). Ayaq
barmaqlarımın dırnaqlarını çəkib
çıxartdılar. Ermənilərin arasında
olan zəncilər havaya tullanaraq
ayaqları ilə üzümdən vururdular. Bir
neçə saat davam edən işgəncələrdən
sonra məni həbs edilmiş bir erməni
ilə dəyişdirdilər. Nəvəmi isə
əlimdən aldılar. Arvadımdan və
qızlarımdan heç bir xəbərim yoxdur.
Cəmil Cümşüd oğlu Məmmədov:
- Ruslar tanklar və BTR-lərlə şəhərə
daxil olaraq evlərimizi darmadağın
etdilər. Arxalarınca isə ermənilər
gəlirdi. Beş yaşında nəvəmi götürüb
meşəyə qaçdım. Bir sutka qarın
altında qalmışam. Körpə donmamaqdan
ötrü paltarlarımı soyunub uşağa
bükmüşdüm. Artıq taqətim qalmamışdı.
Naxçıvanik kəndinə yollanıb
ermənilərə yalvardım ki, nəvəmə rəhm
etsinlər. Məni təhqir edib
komendanta təhvil verdilər. O isə
əmr verdi ki, bizi tövləyə
salsınlar. Burada çoxlu qız-qadın,
körpə vardı. Sonra bizi Əsgərana
gətirdilər. Arvadım, qızım, yeznəm
burada idilər. Boyeviklər
dırnaqlarımı çıxartdılar. Zəncilər
göyə atılıb üzümüzə təpik vururdular.
Çox işgəncədən sonra məni
ermənilərlə dəyişdirdilər. Nəvəm,
arvadım, qızım və yeznəmdən heç bir
xəbər yoxdu.
Səriyyə Talıbova:
- Gözümün qabağında 4 məshəti
türkünün, 3 qonşumuzun başını erməni
quldurunun qəbri üstündə kəsdilər.
Rus əsgərləri ilə bir yerdə
ermənilər ata-analarının gözü
qarşısında uşaqlarına işgəncə verib
öldürürdülər. Sonra isə meyitləri
buldozerlərlə dərəyə tökürdülər:
Camal Allahverdi oğlu Orucov:
- 16 yaşında oğlumu güllələdilər. 23
yaşlı qızımı iki əkiz oğlu və 18
yaşlı hamilə qızımı əlimizdən
aldılar.
Xatirə Orucova:
- 8 yaşım var. Gözümün qabağında
atamı, anamı və 6 yaşlı bacımı
ermənilər güllələyib qətlə
yetirdilər. Güllə mənə də dəyib.
10 yaşlı Ramil Həsənov:
- Ermənilər gələndə meşəyə qaçdım. 3
gün ac-susuz orada qalmışam.
Susuzluqdan ölürdüm. Çoxlu qar
yemişəm.
Sənan Abdullayev:
- Bir gün meşədə qaldıqdan sonra
ermənilər bizi tapıb Əsgərana
gətirdilər. Anam-atam, 16 yaşlı
bacım meşədə öldü. Ruslar,
ermənilər, sırğalı zəncilər
uşaqların gözü qarşısında mənə
işgəncələr verirdilər. Sonra bizi
içərisinə su doldurulmuş zirzəmiyə
saldılar. Suda boğulmamaq üçün
uşaqları bir gün əlimdə saxlamışam.
Qasımova Ayna:
- 12 gün meşədə qaldıq. İki oğlum və
bacım da yanımda idi. Yediyimiz ağac
və itburnu qabığı idi. Tez-tez qar
da yeyirdik. 12 gündən sonra min bir
zülmlə gəlib Ağdama çıxdıq. Ağdamda
nə qədər çalışdılarsa
ayaqqabılarımızı ayağımızdan çıxara
bilmədilər. Ayaqlarımız tamam
donmuşdu. Sonra ayaqqabılarımızı
bıçaqla kəsdilər. Ağdamda sistem
qoyub Bakıya müalicəyə göndərdilər.
Talıbov Səməd:
- Fevralın 25-dən 26-na keçən gecə
120-130-a qədər adamla meşəyə
qaçdıq. Bu müddətdə Kətik meşəsində
qaldıq. Bir müddət meşədə qaldıqdan
sonra Hray kəndinə tərəf getdik.
Böyüklər aclığa. saxtaya dözə
bilirdilər. Amma uşaqlarla çox çətin
idi. 3 gün ac-susuz qaldıq meşədə.
3-cü gün Naxçıvanik istiqamətinə
gedəndə ermənilər bizi tutub mal
tövləsinə saldılar. Bizdən başqa
50-60 adam da var idi. Bir az keçmiş
ermənilər içəri girib kişiləri,
arvad-uşaqları avtomatın qundağı ilə
vurub əzməyə, şil-küt etməyə
başladılar. Vuranda, döyəndə səsini
çıxaran şəxsi həmin saat
güllələyirdilər. Girovluqda gördüyüm
dəhşətləri heç zaman unutmayacağam.
Salman Qasımov:
- Ermənilər Xocalıya girəndə hamımız
qaçdıq meşəyə. Əvvəl 300-ə qədər
adam idik. Gülablı tərəfə gedirdik.
Orda ermənilər camaatın qabağını
kəsdi. Atışmada Abdullam öldürdülər.
Adamlar qaçıb dağılışdılar. 11 adam
qaldıq. Tofiqin də anası yanımızda
öldü. Mən paltomu onun üstünə
saldım. Sonra mühasirədən çıxmaq
üçün irəli getdik. Amma hara
gedirdiksə ermənilərin əhatəsində
olduğumuzu hiss edirdik. Yediyimiz
də ancaq qar idi. Hamımız haldan
düşmüşdük. Keçdiyimiz yerlərdə çoxlu
meyit var idi. Görüşdüyüm
xocalıların hamısının acı taleyinə
yanıram. Onları özümə ən yaxın,
doğma adam bilirəm. Xocalılar hamısı
sakit, köməksiz adam təsiri
bağışlayır mənə. Amma Gülalı kişinin
o yazıq görkəmini heç unuda
bilmirəm. Gülalı kişiyə çəkilən dağ
da ağır dağdır.
Gülalı Mehralıyev:
- Altı günə kimi meşədə qaldıq.
Ac-susuz meşənin içində qızımla
məşəqqətlər çəkdik. Gecə meşənin
vahiməsi, soyuğu, şaxtası, daima
gözlənilən erməni qorxusu yazıq
qızımın bağrını yardı. Nakam balam
dözə bilmədi, keçindi. Gülalı kişi
için-için ağlayır. Qurumuş bir halda
qızımın meyitinin yanında oturdum.
Bədbəxt qızıma baxıb göz yaşı
tökürdüm. Balamın iyirmi yaşı vardı.
Səkkiz ay idi ki, toyu olmuşdu.
Dişimnən, dırnağımnan yığıb qızıma
cehiz almışdım, 12 min manatlıq
mebel alıb toyunu etmişdim. İndi
yazıq balam torpağa döşənmişdi.
Halsız, hərəkətsiz uzanmışdı.
Zavallı qızımdan çətinliklə də olsa
ayrıldım. Meşə ilə gedirdim. Şelli
istiqamətinə üz tutmuşdum. Qəfildən
aralıda erməniləri gördüm. Qaçıb
girdim bir körüyün içinə. Ermənilər
xoşbəxtlikdən görmədilər məni. Bir
müddət kötüyün içində qaldım.
Qorxudan çıxa bilmirdim. Sonra
minbir çətinliklə Ağdama gəlib
çıxdım. Amma qızımın meyitindən
nigaranam. Bircə meyiti gətirib
basdırsaydım, rahatlanardım. Meyitin
yeri yaxşı yadımdadır. Amma ora
getmək mümkün olacaqmı?
Vüqar Qarayev:
- Gecə saat 11-də evdən çıxdıq.
Gəldik meşəyə. Meşədə çoxlu adam
vardı. Uşaqlar ağlaşır,
qışqırırdılar. Arvadlar uşaqların
ağzına dəsmal tıxadılar ki, səsləri
eşidilməsin. Sonra ermənilər
mühasirəyə alıb çoxunu girov
tutdular. Babək adlı bir oğlan
vardı. Yolu gedə bilmirdi, təngnəfəs
olurdu. 3 kilometrə qədər onu mən
apardım. Sonra qüvvəm çatmadı.
Ayaqlarımı şaxta vurmuşdu. Bədənim
heç elə bil ki, mənim deyildi. Düz
iki gün sürünmüşəm. Mənə elə gəlirdi
ki, erməninin üstünə gedirəm. Amma
mənim üçün daha heç bir fərqi yox
idi. Onsuz da tam haldan düşmüşdüm.
Xoşbəxtlikdən döyüşçülərimizin
postuna gəlib çıxdım. Hümbətov Cəlil
Hümbətəli oğlu-Ermənilər onun gözü
qarşısında həyat yoldaşı Firuzə,
oğlu Muğan, qızı Simuzər və gəlini
Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı:
-Kətik meşəsinə girəndə ermənilərin
mühasirəsinə düşmüşdür. Gizləndiyi
kolluqdan həyat yoldaşı Paşaev Şura
Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura
oğlunun güllələnməsinin şahidi
olmuşdur.
Əhmədova Xəzəngül Təvəkkül
qızı:
- Xocalı işğal olunan zaman erməni
silahlıları onun ailəsini bütünlüklə
girov götürmüşlər. Ermənilər
Xəzəngülün anası Rayanı, 7 yaşlı
bacısı Yeganəni və xalası Göycəni
güllələyib, atası Əmirov Təvəkkülü
isə benzin tökərək yandırmışlar.
Kərimova Səidə Qurban qızı:
- “12 nəfərlə birlikdə girov
götürüldük. Ermənilər qızımı
Nəzakəti, Tapdığı, Səadəti, İradəni
işgəncə ilə öldürdülər”
Nəcəfov Əli Ağami oğlu:
- “Ermənilər qaçan adamları
mühasirəyə alaraq 30-40 nəfəri
yerindəcə güllələdilər”.
Heydərov Camal Əbdülhüseyn
oğlu:
- «Qaraqaya deyilən yerin
yaxınlığındakı fermanın 2
kilometrliyində eybəcər hala
salınmış xeyli azərbaycanlı meyidi
var idi. Qətlə yetirilmiş uşaqların
sinəsini yarıb ürəklərini
parçalamış, əksər meyidləri isə
tikə-tikə doğramışdılar».
Heydərov Şahin Zülfuqar oğlu:
- Naxçıvanik kəndi (Xocalı)
yaxınlığında 80-ə yaxın meyid görüb.
Meyidlər qorxulu vəziyyətə salınmış,
başları kəsilmişdir. Milis mayoru
Əlif Hacıyev, yaxın qohumları
Səlimov Fəxrəddin, Səlimov Mikayıl
da qətlə yetirilənlər arasında
olmuşdur.
Əliyeva Zoya Əli qızı:
- 150 nəfərə qədər adamla 3 gün
meşədə qalıb. Meşədə Zoyanın yanında
Əhmədova Dünya və onun bacısı Gülxar
donaraq ölmüşdür.
Salman Qasımov:
Ermənilər Xocalıya hücum edəndə
qaçdıq Dəhraz tərəfə. Dəhrazda bizi
mühasirəyə alıb tutdular. Yaşlı bir
qadını və cavan oğlanı yerindəcə
güllələdilər. Sonra bizi Naxçıvanikə
gətirib mal pəyəsinə saldılar. Az
keçməmiş gəlib aramızdan on üç adamı
seçib apardılar güllələməyə. O
güllənin səsini də biz eşitdik. Bir
müddət pəyədə saxladıqdan sonra bir
yük maşınına mindirib bizi
gətirdilər Xankəndinə. Orda bizi
maşından düşürəndə bir erməni
kobudluqla çeşməyimi alıb dedi:
"Gedərsən Kürün o tayında verərlər
çeşməyini!" Sonra bizi saldılar
həbsxanaya. Həbsxanada hansı
işgəncələri çəkmədik? On günə kimi
dilimizə heç nə dəymədi. Çörək-su
həsrətiynən gözümüzü tikirdik
qapıya. Qapının nə vaxt açılacağını
səbirsizliklə gözləyirdik. Amma
qapını açıb içəri girənlər bizə nə
su gətirirdi, nə də çörək.
Başlayırdılar təpikləməyə, döyməyə,
qol-qabırğamızı sındırmağa. Elə
döyürdülər, elə hala salırdılar ki,
yerdə döşəli qalıb tərpənə bilmirdik.
Düz on gündən sonra gətirib hərəmizə
70 qram çörək, hər üç adama bir
stəkan su verdilər. Bir də görürdün
gecə saat 2-də, 3-də ermənilər
sərxoş halda gəlib içəri girir, pis
söyüşlər söyüb, istədikləri
işgəncəni verirdilər. Qaldığımız yer
olduqca soyuq idi. Pəncərə soyuq
olduğundan külək içəridə vıy-vıy
vıyıldayırdı. Hamımız soyuqdan
titrəyirdik. Yerə salmağa bir adyal
da verməmişdilər. Bütün gecəni,
gündüzü oyaq qalırdıq. Yanımızda
Qaradağlıdan yazıq bir kişi vardı.
Bizdən çox qabaq onu tutub bura
salmışdılar. Yazığın susuzluqdan
ciyəri yanırdı. Gecənin bir vaxtında
halı lap pisləşdi. "Su, su" deyib
inildəməyə başladı. Dözə bilmədim,
gedib qapını döydüm ki, bir az su
versinlər yazığa. Nəzarətçi erməni
qapının o tayından məni söyüb təhqir
etdi və təkrar qapını döydükdə
öldürəcəyini bildirdi. Yazıq kişi "su,
su" deyə-deyə canını tapşırdı. Bir
dəfə xaricdən - Qırmızı Aypara
Cəmiyyətindən bir dəstə adam gəlib
vəziyyətimizlə maraqlandı. Halımızı,
görkəmimizi görəndə təəssüflə
başlarını buladılar. Ermənilər isə
bizə əvvəlcədən xəbərdarlıq
edirdilər ki, gələn qonaqlara
şikayətlənməyək. Əksinə ermənilərdən
razılıq edək ki, guya bizə yaxşı
baxırlar. Əgər belə deməsəydik,
ermənilər bizə elə işgəncələr
verərdi ki... Düz 48 gün ermənilərin
əsarətində əzab çəkdim. 48 gündən
sonra məni bir erməni ilə
dəyişdilər.
Mirzə Allahverdiyev:
- Biz həmin gün Horagül
istiqamətində postda dayanmışdıq.
Amma "Finski" evlər yananda geri
çəkildik. Fevralın 26-da onların
çoxu Beşmərtəbə deyilən yerə
toplaşmışdı. 100-ə qədər adam vardı
orda. Sonra çıxıb Boz Dağ
istiqamətində irəlilədik. Fevralın
28-də ermənilər mühasirəyə alıb
tutdular bizi. Həmin saat
əlayağımızı bağlayıb başladılar
döyməyə, işgəncə verməyə. Sonra
apardılar Əsgərana. Orada milis
idarəsinin həbs otağında bizi
saxlayırdılar. Bir neçə qızıl dişim
vardı. Yerə yıxıb əl-ayağımı
bağladılar. Başladılar kəlbətinlə
dişlərimi sökməyə. Kəlbətinlə
dartır, çəkiclə vururdular dişimə.
İnildəyir, zarıyırdım ağrıdan.
Yalvarır, yaxarır, bu işgəncəyə son
qoymağı xahiş edirdim. Neçə saat
huşsuz qaldığımı bilmirəm. Amma
gözümü açanda hiss etdim ki, qızıl
dişlərimi sındırıb götürüblər.
Ermənilərin verdiyi işgəncə yalnız
qızıl dişlərimi sındırmaqla bitmədi.
Söyüş, təhqir, təpiklə vurmaq,
döymək hər gün olurdu. Girovluqda
qaldığım 18 günün elə bir vaxtı
olmadı ki, mənə işgəncə verməsinlər.
Yaman vəhşi idi ermənilər, gözlərini
qan tutmuşdu. Ürəklərində heç bir
insaf, ədalət yox idi. Bizi
döyməkdən, təpikləməkdən ləzzət
alırdılar. Bir dəfə isə məni çılpaq
soyundurub dubinka ilə döydülər.
Ürəkləri soyumadığından götürüb
ikinci mərtəbədən atdılar məni yerə.
Bütün bədənim əzilmişdi. Necə kinli,
qəzəbli idi bu ermənilər bizə qarşı?
Edik adında bir erməni vardı. Hər
gün içəri girib mənə özünəməxsus
xüsusi işgəncə verirdi. Ağır
çəkmələri ilə əllərimin üstünə çıxıb
tapdalayır, əzir və bundan ləzzət
alırdı. Mənim iniltim, qışqırtım ona
təsir etmirdi, əksinə kefi
açılırdı... Ermənilər tez-tez bizə
deyirdilər: "Sizi qıracağıq,
buralardan tamam qovacağıq.
Donuzlarımızı gətirib Kürdə
suvaracağıq". Hər gün bizə bir parça
çörək, bir balaca qabda da su
verirdilər. O çörəyi, suyu verəndən
sonra gəlib möhkəm döyürdülər. On
səkkiz gün girovluqda qalandan sonra
məni dəyişib Ağdama gətirdilər.
Öyrəndim ki, anamı da ermənilər bir
neçə gün girov saxlayıb, qızıl
üzüyünü alıb buraxıblar. Qardaşım
Elşəni isə mənim günümə salıblar.
Girovda işgəncələr verib qızıl
dişlərini söküblər. Öyrəndim ki,
ermənilər iki qardaşımı öldürüblər.
Niftalı İbad oğlu Nəbiyev:
- Fevralın 25-də gecə saat 10-da
Əsgəran istiqamətində səngərdə idik.
Hər tərəfi ermənilər ağır texnika
ilə mühasirəyə aldılar. Bir qədər
atışdıqdan sonra gedib qadınları,
uşaqları da götürüb Dəhraz tərəfə
çəkildik. Hər tərəfi ermənilər ağır
texnika ilə mühasirəyə aldılar. Bir
qədər atışdıqdan sonra gedib
qadınları, uşaqları da götürüb
Dəhraz tərəfə çəkildik. Hər tərəfdən
mühasirədə olduğumuzu hiss edirdik
və hər yandan bizə atırdılar. Üç gün
ac-susuz meşədə qaldıq. Sonra
ermənilər bizi mühasirəyə alıb
tutdular. Yanımızda 300-ə qədər
qadın, uşaq vardı. Hamımızı yığıb
apardılar donuz fermasına. Milli
ordu paltarında olanlardan 13 nəfəri
seçib apardılar. Az keçməmiş güllə
səsləri eşitdik. Bildik ki, o
yazıqları güllələyiblər. Üç gün
qaldıq donuz fermasında. Yeməyə heç
nə vermirdilər. Elə hərdən gətirib
camaata azca çiy buğda
paylayırdılar. Üç gün sonra gəlib
aramızdan iyirmi adamı seçdilər.
Qışqırdılar ki, iyirminiz də əlləri
yuxarı vəziyyətdə çölə çıxın. Bizi "KamAZ"a
doldurub gətirdilər Stepanakertin
milis idarəsinə. Orda bizi möhkəm
döydülər. Sonra qeydiyyata aldılar.
Mənim paltarımı yoxlayanda paltomun
cibindən patron tapdılar. Dedilər ki,
sən milli ordu əsgərisən. Məni lüt
soyundurdular. Dubinka ilə
başladılar döyməyə. Ermənilərdən
biri əlində balta mənə sarı gəldi,
qorxdum ki, balta ilə başımı
kəsəcək. Balta ilə paltomu kəsib
doğradı. Sonra da sürüyüb atdılar
kameraya. Gecə saat 1-2 olardı. Bu
dəfə başqa erməni "boyevikləri"
içəri girib hirslə qışqırdılar: "Ara,
bizim torpaqda siz axı nə edirsiniz?"
Başladılar bizi döyməyə. İki qızıl
dişimi vurub sındırdılar. Hər gün bu
vəziyyət təkrar olunurdu. Ermənilər
gah ayıq başla, gah da sərxoş
vəziyyətdə gəlib bizi şil-küt
edirdilər. Yeməyə bir parça çörək,
içməyə də yeddi adama bir qab su
verirdilər. Yanımızda Qaradağlıdan
olan girovlar vardı. Yazıqları bit
basmışdı. Bütün günü yazıqlar
qaşınır, dırnaqları ilə dərilərini
qoparırdılar. Yanımızda Nəbiyev Əli
adlı bir kişi vardı. Yazıq
zarıya-zarıya öldü. Ermənilər yaman
zülmkar idilər. Qadağan etmişdilər
ki, gecələr bir-birimizlə
danışmayaq. Qorxa-qorxa, pıçıltı ilə
danışırdıq. Yatanda bir-birimizə,
kürək-kürəyə söykənib yatırdıq.
Döşəmə beton olduğundan daim rütubət
vardı. Nəzarətçilər əlində bıçaq
dəhlizdə gəzinir, səs eşidən kimi
içəri girib bizi əzişdirirdilər.
Ayaqlarımızdakı corabları da tutub
çıxarmışdılar. Yanımdakı yoldaşımın
iyirmi min pulunu, qızılını
almışdılar. Sonra minbir çətinliklə
bizi dəyişdilər.
Əliyev Hüseyn Sarı oğlu:
- Yatmışdım, həyat yoldaşım məni
silkələyib durquzdu və dedi ki,
ermənilər kəndə doluşub, camaat
qaçır. Dedim ki, sən də qaç, camaata
qoşul. Qonşumuz Həsəngilə gəldim.
Həsən bayırda idi. Kəndin
Stepanakert tərəfindən asfaltı,
evləri atəşə tutmuşdular. Həsənlə
onların bostanından keçib, məktəbin
həyətinə girdik. Ərik ağaclarının
altında Həsən qolundan yaralandı.
Onun o biri qoluna girib, məktəbin
zirzəmisinə tərəf apardım. Amma orda
heç kim yox idi. Bilmirdik hara
gedək. Ermənilər gəlib bizi tutdu.
Əliyeva Şərqiyyəni, qızı Aliməni beş
uşaqla, fermada işləyən Yusifi,
arvadını, onların da beş uşağını
bizimlə bərabər Stepanakertin 9
nömrəli məktəbinə gətirdilər. Sonra
arvad-uşaqdan bizi ayırıb,
avtovağzalın yanındakı şəhər milis
şöbəsinin qazamatına gətirib
saldılar. Qənəhət Hacıyev, Qəyyum
Aslanov, Əşrəf Əliyev, Əbülfət
Kərimov, Elbrus Abbasov, Şafanın
oğlu Vidadi, Qaradağ stansiyasından
Əli, Fərraşlı Abbas da burda idilər.
Həsənabadlı "Dovşan" Edikin oğlu bir
dəstə erməni ilə gəlib bizi
təpikləyir, qaldırıb yerə
çırpırdılar. O deyirdi ki,
xocalıların hamısını qıracağam,
mənim qardaşımı siz öldürmürsünüz.
Vidadi bıçaq axtarırdı ki, özünü
öldürsün. Deyirdi ki, mənim başımı
sabah kəsəcəklər. Mənə deyirlər ki,
Osipin oğlu Tosulu (Armavari), guya
mən öldürmüşəm. Vidadi bir şüşə
tapıb cibinə qoymuşdu ki, lazım
gəlsə venasını kəsib özünü öldürsün.
Həsənabadlı Setrakın olğu Jora gəlib
Həsəni harasa apardı. Həsənin qolu
hovlayıb şişmişdi. Sonra eşitdik ki,
Həsəni buraxıblar. Üç gün keçmişdi
ki, gəlib Vidadini apardılar.
Dedilər ki, bu gün Tosulun üçüdür,
səni onun qəbrinin üstündə kəsmək
üçün qəbiristanlığa aparırıq. Vidadi
şüşə də cibində getdi...
Ayağımdan güllə yarası almış 4
yaşlı Fuad Gülməmmədov:
- Ermənilər məni ayağımdan tapança
ilə vurdular.
Xədicə Abdullayeva:
- Bir sutka ayaqyalın meşədə
qaldıqdan sonra atam, anam və 16
yaşlı bacım şaxtaya tab
gətirmədilər. Sağ qalan xocalılarla
birgə məni də girov götürdülər. Bizi
bir gün ac-susuz, döşəməsinə su
doldurulmuş zirzəmidə saxladılar.
Daşnak tör-töküntüsünə
dəyişdirildim. İndi iki ayağımdan da
məhrumam.
Mirzə Allahverdiyev:
Ermənilərin hücumundan sonra meşəyə
çəkilməli olduq. Burada 3 gün
ac-susuz qaldıq. Fevralın 28-də
axşam bizi mühasirəyə aldılar. Bizi
Əsgəranda ölüm kamerasına saldılar.
Hər gün bir neçə adamı aparıb
güllələyirdilər. Vəhşilər başıma
dəhşətli zərbələr endirirdi. Qızıl
dişlərimi kəlbətinlə çıxartdılar.
İki qabırğamı sındırdılar. 18 gündən
sonra bir alt paltarında bizi
dəyişdirdilər. Atamı, iki qardaşımı,
qardaşım oğlunu öldürdülər.
Nəsibə Əliyeva:
- Meşədən çıxan kimi ermənilər atəş
açdılar. 40 nəfər idik. 26 nəfəri, o
cümlədən oğlumu və yoldaşımı
öldürdülər. 8 yaşlı Yavərim isə
güllə yarası aldı.
İlqar Əliyev
-“Ermənilər Qaradağlını tutandan
sonra əsir və girov götürdükləri
kənd sakinlərindən 33 nəfərini
öldürdülər. Sonra öldürdükləri qadın
və uşaqların cəsədlərini kənd
yaxınlığındakı Bəylik bağı adlanan
yerdə “silos” quyusuna töküb,
üzərini torpaqladılar.”
"...ermənilər kənd sakinlərini
güllələyir, hələ ölməmiş adamları
isə quyuya doldururdular."
“Mənimlə birlikdə yüzdən artıq
Qaradağlı kənd sakini girov
götürülmüşdü. Yolda dəhşətli
işgəncələrlə qarşılaşdıq. Ermənilər
iki kənd sakininin başını toxmaqla
yararaq, onları əzabla öldürdülər.
Bizi əvvəlcə Lingin kəndində
gətirdilər. Orada üç nəfəri,
Malıbəylidə isə 12 nəfəri
güllələdilər. Malıbəylidə hamını
maşınlardan töküb, piyada Xankəndinə
qədər apardılar. Yol boyu
ermənilərin təhqirləri ilə
qarşılaşırdıq”.
İ. Əliyev Xankəndidə yerləşən
həbsxanada 8 Qaradağlı sakininin
acından öldüyünü vurğulayıb:
“Ermənilər fevralın 26-da Xocalını
işğal edəndə Xankəndidə həbsxanada
idim. Həmin gün ermənilər yüzdən
artıq adamı bu həbsxanaya
gətirdilər. Sonra bildim ki, onlar
Xocalı sakinləridir və bu şəhər də
işğal olunub. Səhəri gün gözümün
qabağında 60-a yaxın Xocalı
sakininin başını kəsdilər. Onların
arasında uşaq və qadınlar da var idi”.
Qaradağlı sakini Oruc Əliyev
də kənd işğal olunduqdan sonra
şahidi olduğu işgəncə və qətliamlar
haqda danışıb:
“Məni fevralın 17-də əsir
götürdülər. Yolda qohumlarımın
yarısını öldürdülər. Xankəndidəki
həbsxanada isə dişlərimi zorla
çəkdilər”. O, əsirlikdə olduğu
müddətdə ermənilər tərəfindən hər
gün döyüldüyünü və işgəncəyə məruz
qaldığını deyib:
“Həmin il martın 17-də Allahverdi
Bağırovun köməkliyi ilə
dəyişdirildim. Beynəlxalq Qırmızı
Xaç Komitəsinin nümayəndələri həmin
günə qədər bir dəfə də olsun
xəstəxanaya gəlmədilər”.
“Ermənilər sağlam azərbaycanlı əsir
və girovların daxili orqanlarını
satırdılar. Bunu əvvəlcədən
tanıdığım ermənilər mənə demişdi”.
O. Əliyevin sözlərinə görə,
Qaradağlının alınması əməliyyatına
və orada baş verən qətliamlara
Ermənistan prezidenti Robert
Köçəryan rəhbərlik edib. O, bunu
Əsgəranda xəstəxanada yatarkən
eşitdiyini söyləyib.
Cavid Əliyev
Xocalı Rabitə şöbəsinin müdiri olub.
O, şəhəri sonuncu tərk
edənlərdəndir. "Xocalılılar şəhəri
tərk edəndən sonra, mən rabitəni
söndürüb çıxmışam. Fevralın 25-də
axşam Xocalı zirehli texnikalarla
mühasirəyə alınmışdı. Ermənilər
tanklar, BMP-lər və BTR-lərdən
istifadə edirdi. Biz bunlarla bağlı
Ağdama və Şuşaya məlumat vermişdik.
Mənim işçilərim Gülşən də, rəhmətlik
Gülbahar da məlumatları daim
ötürürdü. Həmin gecə növbədə
Gülbahar idi, o, anası və bacısı ilə
birgə həmin gecə öldürüldü.
Şəhərdəkilərin hamısı dinc əhali
olduğundan qarışıqlıq düşdü, mən də
atamı, anamı, bütün qohumlarımı
itirdim"."Mən o gecə Şelli dağında
anamı itirdim. O gecə mənim
həyatımda ən ağır, ən faciəli
gecədir, - deyə şəhərin digər qadın
sakini qeyd edib.
Əli kişinin evi Xocalının ən ucqar
yerində, Noraguğla üzbəüzdə
yerləşib. Dediyinə görə, basqın
birinci onların evinə olub və bütün
məhəllədəki evlər yandırılıb. "Balaca
qardaşımı evimizdə öldürdülər. Sonra
ermənilər zirzəmilərdə gizlənmiş
qadınları və uşaqları güllələdilər.
Bizim məhlədə yaşayanların, demək
olar ki, hamısı öldürüldü.
Məhləmizdən iki-üç adam qalmışıq".
Xocalı sakini olan daha bir qadın
hadisələr zamanı ailəsindən üç
nəfərin güllələndiyini deyir.
"Ermənilər ailə üzvlərim Əliyev
Əyyub Sarı oğlunu, qayınatam Salahov
Məhəmməd Əbdül oğlunu və gəlinim
Salahova Zəhra Əliabbas qızını
öldürdülər".
Şəhər sakini Tahir deyir ki,
fevralın 25-dən 26-na keçən gecə
"Kəsik" deyilən yerə qaçıblar. Onun
sözlərinə görə, yolda anası
yorulduğundan, mühasirəyə düşüblər:
"6 sutka mühasirədə qaldıq, anam
soyuqdan donub öldü. 6 sutkadan
sonra Ağdamın Muğanlı kəndinə
çatdıq. Qardaşım Tofiq hadisələrdən
12 gün sonra gəlib çıxdı. Soyuqdan
hamımızın ayaqları donmuşdu".
Zülfiyyə xanım hadisələr zamanı
bütün əzizlərini itirib. "Hamısı
Xocalı hadisələri zamanı ermənilər
tərəfindən qətlə yetirilib. O gecə
həyat yoldaşımı, nəvəmi, gəlinimi,
oğlumu, yeznəmi - hamını itirdim.
Hər yan meyitlərlə dolu idi.
Qaranlıqda zülmlə meyitləri
ayaqlaya-ayaqlaya yol gəldik. Qaynım
hələ də girovdur. Ağdama az
qalmışdı, yenidən ermənilər
qarşımızı kəsdi, hamını qırdı. Qarın
üzərində insan meyitləri o qədər idi
ki, elə bilirdin qara yaylıq
sərilib".
Adını açıqlamaq istəməyən digər bir
qadın əsir götürülüb. "O qırğında
anamı, qardaşımı, həyat yoldaşımı,
iki bacımı, qohum-əqrəbamı
itirmişəm. İki körpə uşaqla
ermənilər məni əsir götürərək,
Əsgərana apardılar. Bizi döyürdülər,
gözümün qarşısında neçə kişinin
başını kəsdilər".
Xocalı sakini olan digər qadın faciə
zamanı 28 nəfər yaxınlarının
ermənilər tərəfindən öldürüldüyünü
bildirib. "Şəhidlərimin 16 nəfəri -
bacım, qardaşım, onların həyat
yoldaşları və balalarıdır. 7 yaşlı
nəvəmin nə günahı var idi, hələ
birinci sinfə gedirdi, onu da
qəddarcasına öldürdülər. Yeznəm,
qudalarım, dayım qızları öldürüldü.
Heç birinin məzarı da yoxdur ki,
üstündə ağlayasan. Soyuqdan
ayaqlarımız dondu. O gecə sanki
təbiətin də acığı tutmuşdu. Duman,
çiskin, soyuq idi. Qardaşım qızımın
ayaqları dondu və əlil oldu,
ayaqlarını kəsdilər", - deyə
faciənin şahidi deyib
Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a (Human
Rights Watch) söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri
çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı.
Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan
insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən
öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım.
Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların
gözlərini bağlayırdıq.
Sonradan əsir götürülən gənc azərbaycanlı qadın "Helsinki Watch"-a
dediklərindən:
Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını
gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar
yıxılaraq ölürdülər.
Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən:
Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən
səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların
yıxıldığını gördüm.
Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dediklərindən:
Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan
var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən
yaralanmışdım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə
mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər
meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ
dəyişməmişdi.
Xocalı soyqırımı şahidi 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən:
Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin
ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – atəş açırdı. Sonra biz
bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar
təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş,
qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. [Ermənilər]
onların üzüklərini götürmüşdülər.
Xocalı soyqırımı şahidi səhər saat 8:00-də Nazilə Əhmədova sol ayağından
güllə yarası aldı:
Biz iməkləyirdik. Ayaq üstə duran hər kəs yaralanmışdı. Ayaqlarımı rahatlamaq
üçün ayağa durdum və mən də yaralandım. Xeyli sayda insanın yaralandığını gördüm
və iməkləyərək onlardan aralanmalı olduq. Yaralandıqdan sonra məni keçən bir çox
insanı görmədim; onlar meşədə gizlənmişdilər. Axşam saat 7:00-yə kimi qarda
qaldım. Xalq Cəbhəsinin üzvləri gəldi və mənə qaçmağa kömək etdi. |