1992-ci il fevralın birinci yarısınadək
ermənilər Şuşa-Xocalı yolu və Şuşanın
ətrafındakı yaşayış mətəqələrini ələ
keçirdilər. Xocalı şəhəri tam mühasirəyə
alındı, həmçinin hava nəqliyyatı vasitəsi
ilə əlaqələr də kəsildi. Düşmənin
zenit-raket kompleksləri və zenit
artilleriyası vertolyotların Xocalıya
uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il
fevralın 25-dən 26-a keçən gecə erməni
silahlı dəstələri 366- cı motoatıcı alayla
birlikdə hücuma keçərək Xocalı şəhərini və
yaxınlıqda yerləşən aeroportu zəbt etdilər.
Erməni silahlı dəstələri Rusiyanın 366-cı
motoatıcı alayı ilə birlikdə Xocalı
sakinlərinə qarşı dəhşətli soyqırım
törətdilər. Xocalı Dağlıq Qarabağda yalnız
azərbaycanlıların yaşadığı 57 yaşayış
məntəqəsindən biri idi. Bu qəsəbə Ağdam-Şuşa
və Xankəndi-Əsgəran yolu üzərində strateji
əhəmiyyətli mövqeyə malik idi. Xocalının
əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada
Ermənistandan, Xankəndindən və Dağlıq
Qarabağın digər yerlərindən qovulmuş
Azərbaycan türkləri, həmçinin Özbəkistandan
çıxarılmış məhsəti türkləri də
məskulaşmışdılar. Ermənilər Xocalıya hücum
zamanı “yandırılmış torpaq” taktikasını
yeritdilər. Hücumdan əvvəl bir neçə saat
ərzində qəsəbə toplar və zirehli texnikadan
fasiləsiz atəşə tutuldu və xarabalığa
çevrildi. Həmin dövrdə Ermənistanın
prezidenti L.Ter-Petrosyan erməni ordusuna
müraciətlə deyirdi: “Siz, ermənilər düşməni
öldürərkən ürəyiyumşaqlıq göstətməməlisiniz.
Dağlıq Qarabağda azərbaycanlı deyilənləri
qırıb qurtarana və orada öz sivilizasiyamızı
bərqərar edənə qədər sizin düşmənə yazığınız
gəlməməlidir”. Sonralar əsir götürülmüş
erməni əsgərlərinin dedikləri bu vəhşi
xəttin həyata keçirildiyini təsdiq edir.
Mixail Qazaryan (Hadrut rayonunun sakini)
bildirirdi ki, “Əlbəttə, mən müharibəyə
getdiyimi başa düşürdüm, ancaq uşaqlara atəş
açacağımı və hətta öldürəcəyimi ağlıma da
gətirməzdim”. Aşot Barxudaryan (Mehri
rayonunun sakini) isə göstərirdi ki,
“adamlar qışqırır, ağlayırdılar, bizim
yaralıları çıxarırdılar, azərbaycanlılar isə
yolun ortasında qalmışdılar, tanklar,
zirehli texnika, yük maşınları onların
üzərindən keçib gedirdilər”. Rantik Mirzoyan
(İrəvan şəhərinin sakini) isə belə
xatırlayırdı: “Və burada mən bizimkilərin
törətdikləri vəhşilikləri gördüm. Mən heç
vaxt belə şey görməmişdim. Meyidlərin iyi
hər yanı bürümüşdü. Hər yerdə meyidlər
tökülüb qalmışdı”. Ermənistanın indiki
prezidenti Serj Sarkisyan isə ermənilərin
həqiqi simasını açaraq xarici jurnalistlə
müsahibəsində bildirirdi: “Xocalıya qədər
azərbaycanlılar elə bilirdilər ki, bizimlə
zarafat etmək olar, onlar fikirləşirdilər ki,
ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz
bu streotipi dağıtdıq. Məhz bu baş verdi”.
Xocalının sağ qalmış sakinləri isə
hadisələri xatırlamaqdan da dəhşətə
gəlirlər. Sənubər Ələkbərova danışır ki,
“meyidlərdən böyük bir dağ əmələ gəlmişdi,
anamı güllələdilər, qızlarım Sevinc və
Hicranı yaraladılar, güllə mənə də dəydi,
gənc qadınlar və uşaqlar qarın üstündə
ölürdülər”. Cəmil Məmmədov belə xatırlayır
ki, “mən 5 yaşlı nəvəmi və 14 min manat pulu
götürərək meşəyə tərəf qaçdım, səhər başa
düşdüm ki, uşaq soyuğa dözməyəcək, ona görə
yaxınlıqdakı Naxçivanik kəndinə getdim,
orada ermənilər bizi əsir götürdülər, orada
mənim dırnaqlarımı çıxardılar, təpiklə
sifətimə zərbələr endirdilər, nəvəmi əlimdən
aldılar, bu günə qədər onun taleyi haqda heç
bir məlumatım yoxdur”. Səriyyə Talıbova isə
daha dəhşətli hadisələrin şahidi olmuşdu:
“Bizi erməni qəbirstanlığına gətirdilər....
Burada erməni döyüşçünün qəbri üstündə 4
məshəti türkünü və 3 azərbaycanlını qurban
kəsdilər... Sonra valideynlərin gözləri
qarşısında uşaqlarına işgəncə verdilər və
öldürdülər...Az sonra milli ordunun
formasında 2 azərbaycanlını gətirdilər, ucu
iti dəmirlə onların gözlərini çıxardılar”.
On bir yaşlı Ramil Həsənov xatırlayır ki,
“dostlarım Elçin və Elgizin meşədə necə
öldüklərini yadımdan çıxara bilmirəm,
onların ayaqları donmuşdu, bizimlə qaça
bilmirdilər, lal-dinməz qarın üstündə
uzanmışdılar və yavaş-yavaş gözlərini
yumurdular”.
Xocalı soyqırımı dünyanın heç bir
faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya
birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir.
Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63
uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56
nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76
uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq
hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275
nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini
şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin
meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin
taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda
saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan (hazırda o,
Ermənistanın Müdafiə naziridir), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni
əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə
Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq)
məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151
nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin
əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları
kəsilmişdir.
Ermənilər Xocalı üzərinə hərbi
əməliiyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə
divan tutmaqdan ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi
qüvvə yoxdur. Şəhərin az saylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli
özünümüdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin
rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin
dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin
müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular.
Xocalıda baş verən hadisələri bütün
dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi
tanımalıdır. Çünki soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək
mümkündür.
Soyqırım hər hansı bir milli, etnik,
irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə
olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir:
-
Bu qrupların üzvlərinin
öldürülməsi;
-
Onların sağlamlığına ağır zərər
yetirilməsi;
-
Uşaqların doğulmasına zorakı
əngəllər yaradılması;
-
Bir qrupa mənsub olan uşaqların
zorla başqa qrupa keçirilməsi;
-
Zorla köçürmə;
-
Qrupun məhv edilməsinə yönələn
şəraitin yaradılması.
Soyqırım cinayəti ilk dəfə olaraq
1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A (III) saylı qətnaməsi ilə
beynəlxalq hüquqi status almışdır.
Bunula yanaşı Xocalı hadisələrinə
soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq normaları
və müqavilələr mövcuddur:
Nürnberq Hərbi Tribunalının Nizamnaməsi
(burada soyqırımı təşkil edən hərəkətlər
bəşəriyyətə qarşı cinayətlər və hərbi
cinayətlər kimi tövsif olunur).
Beynəlxalq Cinayət TribunalınınYuqoslaviya
üzrə Nizamnaməsinin 4-cü maddəsi.
Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə
Nizamnaməsinin 1-ci maddəsi.
Beynəlxalq Cinayət Məhkəməsinin statusunun
6-cı maddəsi.
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 103-cü maddəsi.
Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycanlıların soyqırımı haqqında” 26
mart 1998-ci il tarixli fərmanı.
Bütün bunları nəzərə alaraq “Soyqırım”
hüquqi norması cinayət kimi beynəlxalq
hüquqa əsasən aşağıdakı hüquqi nəticələri
doğurur:
-
Soyqırım cinayəti törətmiş
şəxslərin cinayət təqibi və
cəzalandırılması qaçılmazdır.
-
Cinayət tərkibi təkcə soyqırım
aktının törədilməsi deyil, həm
də soyqırım törədilməsi məqsədi
ilə sui-qəsd, soyqırım
törədilməsinə birbaşa və açıq
şəkildə təhrikçilik, soyqırım
törədilməsinə qəsd və soyqırımda
iştirakdır.
-
Soyqırım törətmiş şəxslərə
universal yurisdiksiyanın
prinsipləri tətbiq edilməlidir.
-
Soyqırım cinayəti törədilərkən
əmrin icrasına istinad etmək
məsuliyyətdən azad etmir.
-
Rəhbərlər soyqırım cinayətinin
qarşısının alınması üzrə
hərəkətləri həyata
keçirmədiklərinə görə
məsuliyyət daşıyırlar.
-
Soyqırım cinayətlərinə cinayət
məsuliyyətinin tətbiqinə
cəlbetmə müddəti tətbiq edilmir.
-
Soyqırım cinayətinə münasibətdə
qanunun retroatik tətbiqinə yol
verilir.
-
Soyqırım cinayəti törətmiş
şəxslər cinayət məsuliyyətinə
cəlb edilmələri üçün tələb edən
ölkəyə verilməlidir.
Beləliklə Xocalıda ermənilərin
azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər beynəlxalq hüquqi sənədlərə
uyğun olaraq soyqırım kimi tövsif olunur.
Bunları nəzərə alaraq bütün
dəlilləri Azərbaycan dövləti Beynəlxalq Məhkəməyə təqdim etməlidir.
Beynəlxalq məhkəmə isə öz
növbəsində:
-
Xocalı qətliamını soyqırım kimi
tanımalı.
-
Gətirilən bütün sübutlu faktlar
nəticəsində xüsusi qətnamə
əsasında bu işlə məşğul olan
tribunal yaratmalıdır ki,
soyqırım törədən şəxsləri
layiqincə cəzalandırsın. Bu
mümkün olmazsa Beynəlxalq
Tribunal və milli məhkəmə
tərəfindən paralel yurisdiksiya
qaydalarına uyğun olaraq
soyqırımda təqsirli bilinənləri
mühakimə etməlidir.
Tarixin bu səhifəsində beynəlxalq
hüququn ümumtanınmış normaları ilə qorunan İnsan hüquq və azadlıqları
kobudcasına pozulmuşdur. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı
törətdikləri vəhşiliklər birbaşa olaraq beynəlxalq hüquqa ziddir.
Xocalıda baş verən hadisələrdə
azərbaycanlırın təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq, şəxsi
toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və
tapdanmışdır.Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan
hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş
Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi
Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi
haqqında " Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında
Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur.
Bu hüquqları özündə cəmləşdirən
normativ aktların maddələrində göstərilən hüquqlar Xocalı soyqırımında ermənilər
tərəfindən tapdanmışdır. 1948-ci il 10 dekabrda elan olunan BMT-nin Baş
Məclisinin İnsan hüquqlarının Ümumi Bəyannaməsinin aşağıdakı maddələri
pozulmuşdur:
-
maddə 2: Hər bir şəxs dilindən,
dinindən, milliyətindən və digər
səbəbdən, fərq qoyulmadan bu
Bəyannamədə təsbit olunmuş bütün
hüquq və azadlıqlara malik
olmalıdir.
-
maddə 3: Hər kəsin yaşamaq,
azadlıq və şəxsi toxunulmazlıq
hüququ var.
-
maddə 5: İnsan ləyaqətini
alçaldan, insaniyyətlikdən kənar
və qəddar hərəkətlər qadağandır.
-
maddə 9:Özbaşına həbslər,
saxlanılmalar və ya qovulmalar
qadağandır.
-
maddə 17: Hər bir insanın əmlaka
malik olma hüququ vardır və
insanın əmlakdan özbaşına məhrum
edilməsi qadağandır.
İnsan hüquqlarının Ümumi Bəyannaməsi
ilə yanaşı BMT Baş Məclisinin 2200A(XXI) saylı 16 dekabr 1966 -ci il tarixli
qətnaməsi ilə qəbul edilən və 1976 -ci il 23 martda qüvvəyə minən BMT-nin Mülki
və Siyasi hüquqlar haqqında Paktın da insan hüquqlarını qoruyan maddələri
pozulmuşdur:
-
maddə 6: Yaşamaq hüququ hər bir
insanın ayrılmaz hüququdur. Bu
hüquq qanunla qorunur . Heç kəs
özbaşına həyatdan məhrum edilə
bilməz.
-
maddə 7: Heç kəs qəddar,
insanlıqdan kənar işgəncələrə,
yaxud onun ləyaqətini alçaldan
davranışa, yaxud cəzaya məruz
qalmamalıdır. O cümlədən, heç
bir şəxs üzərində onun azad
razılığı olmadan tibbi yaxud
elmi təcrübə aparıla bilməz.
-
maddə 8 : Heç kəs köləlikdə
saxlana bilməz. Köləlik və qul
etmənin bütün növləri
qadağandır.
-
maddə 9: Hər bir insanın azadlıq
və şəxsi toxunulmazlıq hüququ
var. Heç kəs zorla həbs və yaxud
dustaq edilə bilməz. Heç kəs
qanunla müəyyən olunmuş əsaslar
olmadan və müvafiq prosedurlara
əməl olunmadan azadlıqdan məhrum
edilməməlidir.
Xocalıda ölən insanların, əlil
olanların, əsir götürülüb işgəncə verilənlərin hüquqları pozulmayıbmı?
Bəli kobudcasına pozulub, 1992-ci il
26 fevral tarixində Xocalıda yaşayan Azərbaycan əhalisi ermənilər tərəfindən bu
hüquqlardan məhrum edilmiş və ölüm və zorakılığa məruz qalmışlar. Bütün bu
faktları nəzərə alaraq Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qorumaq
məqsədilə BMT İnsan hüquqları Komitəsinə müraciət etməlidir.
Bütün bunlarla yanaşı Xocalıda baş
verən soyqırım aktında "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının
müdafiəsi haqqında " Avropa Konvensiyasının da maddələri pozulnmuşdur:
-
maddə 2: Hər bir insanın həyat
huququ qanunla mühafizə
olunur.Cəzalandırılması qanunla
nəzərdə tutulmuş cinayətin
törədilməsinə görə məhkəmə
tərəfindən çıxarılan ölüm
hökmünün icrasından başqa, heç
kəs qəsdən həyatdan məhrum edilə
bilməz.
-
maddə 3: Heç kəs işgəncələrə,
qeyri-insani rəftara və ya
ləyaqətini alçaldan cəzaya məruz
qalmamalıdır.
-
maddə 4: Heç kəs köləlikdə və ya
məcburi vəziyyətdə
saxlanılmamalıdır.
-
maddə 5: Hər bir insan azadlıq
və şəxsi toxunulmazlıq hüququna
malikdir.
-
maddə 8: Hər bir insan, onun
şəxsi və ailə həyatına hörmət
edilməsi, mənzil toxunulmazlığı
və yazışma sirri hüququna
malikdir.
Xocalıda 613 nəfərin ölümü, 1000-dən
çox adamın yaralanıb əlil olması, 1500-ə yaxın insanın əsir alınıb işgəncə
verilməsi faktları bir mənalı şəkildə konvensiyanın sözü gedən maddələrinə
ziddir. Bunu nəzərə alaraq Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa
Məhkəməsinə müraciət etməli və bu hüquqları pozan ermənilərin cəzalanmasını
tələb etməlidir.
Bugün bizim başımıza gələn bu faciə
sabah istənilən bir xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur
və öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur. Xristian dövlətləri erməni
terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub QONDARMA
“Erməni Soyqırımını” yavaş-yavaş tanımağa başladılar. Bəşəriyyət erməninin
TERRORÇU oldugunu unutmamalıdır.
Tarix heç nəyi unutmur.
|