Naxçıvanda qaval daşı tapılıb
Naxçıvanda ən qədim musiqi aləti - qaval daşı tapılıb. AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən nıəlumata görə, Babək rayonunun Payız kəndində, Çalxanqala (Oğlanqala) ərazisindən tapılan və oval şəklində olan qədim musiqi alətinin uzunluğu təqribən 2 metr, eni 1 metr, qalınhğı isə 10-15 santimetr arasındadır.
İlkin ehtimallara görə, qaval daşının musiqisindən qədim dövrlərdə hərbi təlimlərdə istifadə olunub. Qaval daşının ətrafında kiçik həcmli digər daşlar da tapılıb. Bu maddi-mədəniyyət nümunələrinin eramızdan əvvəl II minilliyə aid olduğu bildirilir. Tapılan qaval daşında ifa olunan musiqilər səs tembrinin keyfiyyətinə görə Qobustan ərazisindəki qaval daşından fərqlənir.
Qeyd edək ki, bu, MR ərazisində
tapılan ən qədim musiqi alətidir. Pasportlaşdırılaraq qeydə alınan qaval daşının elmi əsaslarla hərtərəfli
araşdırılması işinə
AMEA Naxçıvan Bölməsinin
Tarix, Arxeologiya və Arxeologiya İnstitutu ilə
yanaşı musiqiçilər
də cəlb olunub.
Ekspress.- 2008.- 6 may.- S. 11.