Əli Kərim sevgisi

 

Böyük Azərbaycan şairi Əli Kərimin 80 yaşı tamam olur. Milli şair kimdir?” sualına cavab verərkən birincilər arasında Əli Kərimin adını çəkə bilərik heç kəsin ürəyində xal qalmaz ki, niyə bu ad bu sırada çəkilir. Millətin şairi olmaq bir an məsələsi deyil, bu məsələni biz yox, zaman həll eləyir o zaman artıq öz işini görüb. Millətin şairi olmaq sevgi qazanmaq, sevgiyə tuş gəlmək deyil, daha çox sevgi oyatmaqdır, insanları yaxınlaşdırmaq qışqırıqla onun əsəblərini korlamamaqdır.

Əli Kərim haqqında elə olur ki, saatlarla danışıram, ancaq yazı məqamı gələndə ya uzun-uzadı şəklinə baxır, ya da sadəcə yazmaqdan vaz keçirəm, halbuki, danışıq zamanı deyilən fikirlər bəzən yazdıqlarımızdan daha canlı həqiqi olur. 

Əli Kərim bizim şairlər arasında ilk sevgidən daha çox yazan, bəhs edən, bəlkə onun şah damarına daha incə şəkildə toxunan bir şairdir.

 

Sevgisi soyuq idi, qalın əkini

Hər bəladan hifz eləyən qalın qar kimi...

 

Şeir mətni, nəsrdən fərqli olaraq bütün potensial mümkün dilləri bir məcrada birləşdirir, bizdə çox zaman poeziyaya bu rakursdan baxılmır; belə olsaydı təkcə bədii təfəkkürün deyil, həm şairin ölçüsühaqqında əsaslı ideyalar ortaya qoymaq olardı.

Bizdə bəzən şairə son söz deyən, mübahisəni həll eləyən bir fiqur kimi baxılır, halbuki bu məqamda artıq şairdən deyil, ideoloji aparatdan söz gedə bilər. Əli Kərim bütün bunların fövqündə duran bir insan kimi bizə çox kiçik, ancaq heç zaman yaddan çıxara bilmədiyimiz mətləblərdən danışır. 

 

Sənə hücum çəkir qəm qoşunları

Hamısı köhnəli, həm təzəli,

Tapılsa hər dərdə milyonca məlhəm

Yenə yaşamağa yoxdur təsəlli.

 

Əli Kərimin bu fotosuna baxın, üzündəki təbəssüm, bəlkə son şeiridir, ya bəlkə onun haqqında yazılanlara, deyilənlərə ironiyadır, ancaq... məncə istəyir ki, bu gözəl şeirin sirrini açaq.

Bir :

 

Başının üstünə bax!

Durna qatarıdımı?

Yoxsa heç görmədin?

Uçdumu, qurtardımı?

Gözlə görünmür onlar;

Keçir başımız üstdən

Günlər...

            Saatlar...

                        Aylar...

Qarşılanmamış səhər

Nəfəs dəyməmiş gecə

Necəsən, başın üstdən

Sözsüz, xəbərsiz keçə...

Saçlarımda dünənin

Ayaq tozları qalmış.

Görən deyir, gənc deyil,

Yaşa dolub qocalmış.

oldu, tutuldun

Tərlədin puçur-puçur?

Başının üstünə bax,

Köçəri günlər uçur!

Köçəri günlər uçur!   

 

Klassika poeziyada bir şair özündən əvvəl gələn şairlərin ənənə içində qurub-yaratdıqları metaforanınməsafədən görünüşünüdəyişdirir, məsələ təkcə ədəbi, poetik oppozisiya yaratmaqla bitmir, ədəbi ənənənin təkamül perspektivi dəyişir, uzaq gələcəkdə yetişəcək, dünyaya gələcək şairlərin taleyi dəyişir. Səməd Vurğun Rəsul Rzadan sonra Əli Kərim olmasaydı, XX əsr poeziyası, poetik irsi bu məsafədən belə, bu koordinatlar daxilində görünə bilməzdi. Əli Kərim adı çəkilən ənənə vektorunda həm mənalandırıcı həlqədir, Əli Kərim təqdim etdiyi sistemlə özünəqədərki ənənənin ən uzaq küncünə qədəruzanmaqla” XX əsr poeziyasının dərinlik ölçüsünü dəqiq göstərir. Diqqət yetirin: Əli Kərimin tapdığı, kəşf etdiyi mövzularda bir sıra şeirlər yazıldı, ancaq bütün bu eyniadlı nümunələr həmin mətləbi zərrə qədər ifadə edə bilmədi. Təkcə fərdi üslub fərqlərinə görə yox, həm fərdi üslub anlayışına görə (Dostumla bayaqdan bir qoca haqda // yenə bilirik deyirik bir-bir// oğlumun çərtdiyi rəngli karandaş// bizim kəlmələri göydə dənləyir//. – bu görüntü qəribə ovqat yaradır, detala, açılan bucağa baxış oxucunun oxuma vərdişini dəyişdirməyə hesablanıb). Bu kiçik parçadan da göründüyü kimi, Əli Kərim üçün əksər şairlərdə olduğu kimi çevrilmə, transformasiya anı yox, detalın hansı bucaqdan görünməsi maraqlıdır. Bəxtiyar Vahabzadənin çox sonradan yazdığı: Sən getdin elə bir dünya boşaldı /// yaz da köçüb getdi yeri boş qaldı // ...mən yaza vurğunam, qışı neynərəm // mətləli şeiri qədər təsirli olsa da, təəssüf, hicran, firqət anını qədər dolğunluqla göstərsə yuxarıdakı həndəsi metaforanı (daha doğrusu, metaforanın həndəsə ölçüsünü) əks etdirmir, əksinəqayıt, sahmana sal bu kainatımisrasında bütövlükdə bədii mətndə dünya necə deyərlərsərxoş olub yıxıldığı anda”, “saçlarının dərddən ağardığı məqamdatutulur, dünya bir daha bu görkəmdə olmayacaq, bu baxış bucağından görünməyəcək, bu elə bir andır ki, bütün həyatı, gərdişi dəyişdirməyə qadirdir.

 

Başqa bir şeir:

vaxt görüşmüşük?

Harda? zaman?

Doğrusu elə bil yadımdan çıxıb.

Təbəssüm səhəri doğdu üzündə,

Dayandın, ehmalca əlimi sıxıb.

Sözlərin qırıldı, töküldü bir-bir;

Çırpdı divarlara, daşlara külək.

Kəlmələr dağıldı sahil boyunca

Yonulmuş bir gülün ləçəkləri tək.

Əynində sevincdən biçilmiş don,

Gözündə çaşqınlıq ala-toranı.

Əllərin qonmağa bir yer tapmadı,

Sındırdın az qala barmaqlarını.

 

Bu şeir obraz daxilində sükut səssizliyin ifadəsinin ən mükəmməl forması sayıla bilər. Gözlə, baxışla, qeyri-iradi hərəkətlərlə (əslində min illərin həqiqətini ifadə edən məntiqlə-!) danışmağın şeirdə şeirə paralel olaraq qurduğu mətn iki ömrün içində təkcə bir anın qocalmaması, ötüb keçməməsini qabartmaq üçündür. Həyatın bütün mənası həmin o anla bağlıdır, o an yox olsa, bir saatın içində hər şey mənasızlaşar, hər şey vərdişə dönər. Yaddaşın içində bircə anın hər şeydən fərqlənməsi, ömrünaltı üstüilə daimi bağlantısı poetik obrazın fövrən qavranılmasını şərtləndirir. Bu – yaddaşın huşsuzluğa keçidini bəlirləyən çox kritik bir həlqədir.

 

Hər yeni görüşlə ilk görüş gəlir,

Bütün görüşlərə nur saçır bir-bir.

İlk görüş həmişə arxada deyil,

İlk görüş bəlkə gələcəkdədir.

 

Nəzəri baxımdan, poetik obrazın təşkilindəhuşsuzluqelementini görməmək mümkün deyildir. Huşsuzluq yaddaşla mübarizə perspektivi doğurur. Bu yaddaş mənə zaman içində özümü unutmağa imkan verir. Obrazın təşkilində elə proseslər baş verir ki, yaddaş – “mənözünü oda atıb yandırır, külə dönür bunun hesabına təkrarsız münasibət tipi yaranıb-formalaşır.

Əli Kərim bizim şairlər arasında ilk sevgidən daha çox yazan, bəhs edən, bəlkə onun şah damarına daha incə şəkildə toxunan bir şairdir. Qəribədir, Əli Kərim şeirində bizim hamımızın, bəlkə bütün millətin ilk sevgisi var, aydan arı, sudan duru...

 

 

Cavanşir Yusifli

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.7.