ADMİU-da Sabirin
150 illiyi qeyd edildi
Aprelin 25-də Mədəniyyət və
İncəsənət Universitetində
dahi şairimiz Mirzə Ələkbər
Sabirin anadan olmasının 150 illiyinə
həsr olunmuş “Sabir və Azərbaycan
gülüş mədəniyyəti”
adlı elmi-nəzəri
konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin prorektoru, professor Rafiq Sadıqov açdı. O,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamına
əsasən 2012-ci ildə
Azərbaycan tənqidi
realizminin banilərindən
biri, böyük satirik M.Ə.Sabirin anadan olmasının 150 illik yubileyi təntənələrinin əhəmiyyətindən
danışdı. Bütünlükdə Sabiri milli poeziyamızın
rəmzi simvolu adlandıran natiq, Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixologizmi, Nizami epizminin Sabirdə vəhdət halında təcəssüm etdiyini söylədi.
Konfransda dahi şairin misilsiz istedadını şərtləndirən incə
məqamlar, onu dünya satirik şerində ən uca mövqeyə çıxaran səbəblərlə
əlaqədar çox
maraqlı məruzələr
dinlənildi. ADMİU-nun “Sənətşünaslıq”
fakültəsinin professoru,
filoloji elmlər doktoru Gülşən Əliyeva, professor Aydın
Abıyev, kulturologiya üzrə fəlsəfə
doktoru Fatimat Məmmədova və görkəmli Sabirşünas
alim, BDU-nun professoru Alxan Bayramoğlu fitrətən milli şair olan Sabirin bütün yaradıcılığı boyu
xalqının ictimai-sosial
və psixoloji dərdlərini son dərəcə
dəqiq, orijinal boyalarla qələmə aldığını qeyd
etdilər.
525-ci qəzet.-
2011.- 27 aprel.- S.7.